Modern.az

Bu gün su çərşənbəsidir

Bu gün su çərşənbəsidir

Ölkə

23 Fevral 2010, 10:04

Modern.az xəbər verir ki, bu gün Novruz bayramının gəlişini yaxınlaşdıran ilk çərşənbədir- su çərşənbəsi. Bütün çərşənbə axşamlarında od-ocaq qalanması əsas mərasim hesab edilir. Tonqal yeni həyatın, baharın, istiliyin gəlişinin simvoludur.

İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar.

Xalq mövhumuna əsasən, birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir. Su çərşənbəsi həm də “əzəl çərşənbə” adlanır. Bu çərşənbədə qızlar, gəlinlər sübh çağı çay, dəniz və ya bulaq başına gedərlər. Axar su üzərindən hoppanmaq, nəğmə oxuya-oxuya bir-birinin üstünə su çiləmək də inanclar sıraına daxildir. 

Bununla insanlar su ilə ünsiyyətdə olu, ona qovuşurlar. Ümumiyyətlə, saflıq, təmizlik rəmzi olan su həmişə müqəddəs hesab edilib. Su çərşənbəsi axşamı süfrəyə təmiz su qoymaq lazımdır. Hamı həmin sudan içməlidir.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı