Modern.az

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə mükafat verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə mükafat verilib

22 Dekabr 2012, 14:05

Dekabrın 19-da  Hilton otelində Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə Milli İnternet Mükafatı – “Milli Net 2012” -nin təqdimetmə mərasimi keçirilib. Modern.az xəbər verir ki, tədbirdə çıxış edən  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  müsabiqənin  şəffaf və ədalətli keçirildiyini və uğurla başa çatdığını bildirib. Daha sonra qaliblər elan olunub.
Dövlət və özəl sektorun, ictimai təşkilatların, media qurumlarının nümayəndələrinin, internet ictimaiyyətinin çoxsaylı nümayəndələrinin və “Milli Net”  təşkilatçılarının iştirak etdiyi tədbirdə dövlət və bələdiyyə saytları arasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytı (eco.gov.az) “Milli Net 2012” mükafatına layiq görülərək III yerin qalibi olub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub