Modern.az

Azərbaycanlı tələbələr Kiprdə birinci oldular

Azərbaycanlı tələbələr Kiprdə birinci oldular

23 Dekabr 2012, 15:14

Şimali Kiprdə təhsil alan azərbaycanlı tələbələr daha bir ilkə imza atdılar. Belə ki, azərbaycanlı tələbələrin təhsil aldığı Yakın Doğu Universitetində “Owlright” intellektual klubunun təşkilatçılığı və KKTC Azərbaycan Kültür Mərkəzinin sponsorluğu ilə “Həmrəylik Kuboku” adlı turnir həyata keçirilib.

Tədbirin aparıcısı “Owlright” klubunun rəhbəri Nərmin Əliyeva açılış nitqini söyləyərək müəllimləri , iştirakçıları və tamaşaçıları qarşıdan gələn Həmrəylik günü münasibətilə təbrik edib. Daha sonra KKTC Azərbaycan Kültür Mərkəzinin rəhbəri  və universitetin rektor yardımçısı Prof.Dr. Fəxrəddin Sadıqoğlunu çıxış edərək tələbələri təbrik edib və onlara  hər zaman köməklik göstərəcəyini bildirib. Mərasimdə universitetin Səhnə Sənətləri fakültəsi professoru və Azərbaycanın Milli Marşının bəstəkarı Cavanşir Quliyev da ürək sözlərini tələbələrlə bölüşüb. YDU-nun Azərbaycanlı tələbələr birliyinin sədri İbiş Bağırov da azərbaycanlı tələbələrin gördüyü işləri müsbət qiymətləndirib

Çıxışların ardından Nərmin Əliyeva “Owlright klubu” haqqında qısa məlumat verib:

“İlk dəfə 23 dekabr 2011-ci ildə sadəcə Yakın Doğu universiteti tələbələri arasında keçirilən turnirdən sonra iştirakçılarda olan marağı nəzərə alaraq, klub Azərbaycanda fəaliyyət göstərən Xəzər İntellektual Gənclər Klubunun Universitet Liqası layihəsinə qoşuldu. Hər həftə Azərbaycan universitetləri ilə sinxron şəkildə universitetimizdə də Nə? Harda? Nə zaman? yarışması üzrə dövrə oyunları təşkil olunur”, - deyə qeyd edib.

Turnirdə Yakın Doğu, Doğu Akdeniz və Uluslararası Kıbrıs Universitetlərinin hərəsindən iki komanda iştirak edib. Oyunun şərtləri və komandalarla tanışlıqdan sonra turnir başlayıb. Yarışma zamanı çox maraqlı suallar və eyni zamanda da maraqlı cavablar bir-birini əvəz edib. Komandalar arasında birinciliyi Yakın Doğu Universitetinin İntelowl komandası qazanaraq Həmrəylik Kubokuna layiq görülüb. İkinci və üçüncü yerləri Doğu Akdeniz Universiteti komandalarından uyğun olaraq EMU Ravens və M&M Master  Minds komandaları qazanıblar. Qalib komandalara medal və pul mükafatı verilib.

Sonda YDU Kompyuter İnformasiya sistemləri fakültəsi tələbəsi Nərmin Əliyevaya azərbaycanlı tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışması təşkilatçılığındakı uğuruna görə  Prof.Dr. Fəxrəddin Sadıqoğlu rəhbəri olduğu mərkəzin Təşəkkürnaməsini təqdim edib.

 

 

 

Toğrul Salehli 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir