Modern.az

“Əgər hamı...” erməni filmi “Oskar” almaq şansını itirdi

“Əgər hamı...” erməni filmi “Oskar” almaq şansını itirdi

24 Dekabr 2012, 09:51

ABŞ-da əcnəbi film nominasiyası üzrə “Oskar” mükafatı namizədlərinin qısa siyahısı (Şort-list) hazırlanıb. Modern.az-ın məlumatına görə, Amerika Kinoakademiyası 2013-cü il yanvarın ilk həftəsində “Oskar”a təqdim etmək üçün ən yaxşı 5 filmi seçəcək. Uzun siyahıda olan 71 filmdən cəmi 9 film qısa siyahıya düşə bilib. Qısa siyahıda “Sevgi” (“Amour”, Almaniya, Fransa, Avstriya), “Kral işi” (“A Royal Affair”, İsveç), “1+1”, (“İntouchables, Fransa), “Kon-tiki” (Danimarka, Böyük Britaniya, Norveç), ““Cadügərlərin müharibəsi” (“War Witch”, Kanada), “Yox” (Çili), “Təpələr arxasında” (“Beyond the Hills”, Rumıniya), “Dərin” (“Deep”, İslandiya), “Bacı” (“Sister”, İsveçrə) əcnəbi filmləri yer alır.

Bütün kateqoriyalar üzrə “Oskar”ın sahiblərinin adları 2013-cü il yanvarın 10-da Los-Ancelesdə keçiriləcək mərasimdə açıqlanacaq.

Xatırladaq ki, Ermənistan istehsalı olan “Əgər hamı...” filmi “lonq-list”də yer almışdı. Qısa siyahıda isə bu filmin adı yoxdur.

Sevinc

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi