Modern.az

Ana ölümünə bais olan 70 tibb işçisi cəzalandırılıb, 11-i işdən çıxarılıb

Ana ölümünə bais olan 70 tibb işçisi cəzalandırılıb, 11-i işdən çıxarılıb

23 Fevral 2010, 12:00

Azərbaycan səhiyyəsinin əsas problemlərindən biri ana ölümü ilə bağlıdır. Rəsmi məlimatlarda son illər ana ölümü ilə bağlı göstəricilərin azaldığı bildirilsə də, rəqəmlər narahatlığa cidi əsaslar verir. Səhiyyə Nazirliyindən verilən məlumatda 2008-ci ildə 40, 2009-cu ildə 37 ananın öldüyü bildirlir.

Qeyd edək ki, Səhiyyə Nazirliyində ana ölümü faktlarının araşdırılması ilə qurumun Doğuşayardım Komissiyası məşğuldir. Modern.az-ın komissiyadan aldığı məlumata görə, hər bir ana

ölümü bu qurum tərəfindən təhlil və müzakirə edilir. Kommissiyadan yerlərdə hələ də doğuşayardım xidmətinə lazımi

səviyyədə münasibətin formalaşmadığı bildirilib. Xüsusilə

də hamilələrin patronajına diqqətin zəif olduğu, ana ölümlərinin

əksəriyyətinin bu mərhələdə yol verilən məsuliyyətsizliklər səbəbindən baş verdiyi qeyd edilib. “Təkcə ötən il doğuşayardım

sahəsində yol verilmiş nöqsanlara görə 70-dən artıq tibb işçisi ciddi cəzalandırılıb, 11-i işdən azad edilib”,-deyə Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasından bildirlib.

Komissiya doğum evlərinin şərait və avadanlıq baxımından çatışmazlığa malik olmadığı qənaətindədir.

Qurumdan deyiblər ki, araşdırmalar göstərib ki, Bakıdakı bəzi doğum evlərində çalışan həkimlər pasiyenti qəbul etmək əvəzinə, onu başqa tibb müəssisəsinə yönəldirlər: “Ona görə də səhiyyə naziri Oqtay Şirəliyev bir müddət öncə keçirilən kollegiya iclasında Bakı Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyovaya bu işə diqqəti artırmağı tapşırıb”. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?