Modern.az

Deputat Milli Məclisdə şəhid hərbçinin ailəsiə ev verilməsini təklif edib

Deputat Milli Məclisdə şəhid hərbçinin ailəsiə ev verilməsini təklif edib

Parlament

23 Fevral 2010, 12:19

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti iclası öz keçirilir. Modern.az-ın məlumatına görə, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” Konstitusiya qanunu layihəsi və digər məsələlər müzakirə olunacaq. İclas Xocalı soyqırımının qurbanlarının xatirəsinin yad edilməsi ilə başlayıb. Spikeri Oqtay Əsədov Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Soyqırımı qurbanları yad edildikdən sonra parlamentin plenar iclası öz işinə başlayıb. Cari məsələlər zamanı çıxış edən deputatlar da Xocalı faciəsi haqqında çıxışlar ediblər. Deputat Əhəd Abıyev isə bildirb ki, 190 saylı hərbi hissənin həlak olmuş əsgərinin ailəsinin evi yoxdur və Masallıda çox ağır durumda yaşayır. O, həmin ailənin güzəranının yaxşılaşdırılmasının vacibliyini önə çəkərək təklif edib ki, Milli Məclis adından aiddiyyatı qurumlara müraciət olunsun və onlara ev verilsin.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi