Modern.az

2012-ci ilin ədəbi hadisələri yazıçıların gözüylə

2012-ci ilin ədəbi hadisələri yazıçıların gözüylə

25 Dekabr 2012, 10:13

İlin yekununa çox az bir zaman qalıb. 2012-ci ildə qələmlərdən vərəqlərə xeyli əsərlər süzüldü. Yazarlarımız yazmağa-pozmağa əməlli-başlı vaxt sərf etdilər.
“Əjdaha İli” yaradıcılığa başları qarışan yazıçılarımızın yaddaşlarında hansı ədəbi hadisə və ya əsərlərlə qalıb?

Modern.az-ın sorğusunu cavablandıran Xalq yazıçısı Əkrəm Əylisli bildirdi ki, bu il üçün Azərbaycan  ədəbiyyatında ciddi bir hadisə görməyib.

Millət vəkili, yazıçı, jurnalist Aqil Abbas ədəbi hadisələrə öz əsərini də əlavə etdi: “Kamal Abdullanın əsərləri ədəbi hadisədir. Ondan sonra isə bir azca mənim əsərim ola bilər. Cavan nəsildən isə Qan Turalı, Elxan Elatlı, Şərif Ağayar, Kəramət Böyükçölün əsərləri. AYB sədri Anarın müsahibəsi də bir ədəbi hadisədir “.

Yazıçı, tərcüməçi Yaşar bildirdi ki, 2012-də yaxşı əsərlər yazıldı. “Amma böyük bir ədəbi hadisəyə çevriləcək əsərlər olmadı“.

Yazıçı Seyran Səxavət qeyd elədi ki, ədəbi hadisə hər il deyil, 10-15, yaxud 50 ildən bir olur. “Bu yollarda baş verən qəza hadisələrinə bənzəmir. Deyə bilmərik ki, ədəbiyyatımız inkişaf etməyib. Amma buna ədəbi hadisə demək olmaz. Çünki ədəbiyyat hadisəsi bir ölkə daxilində olmur, ədəbiyyat hadisəsi dünyəvi bir şeydir. Məsələn, Yusif Səmədoğlunun “Qətl günü ” romanın SSRİ ərazisində müzakirəsi getdi, ilin ən yaxşı romanı seçildi. Bax ədəbi hadisə budur. Bu il üçün isə Azərbaycanda ədəbi hadisə olmayıb. Ayrı-ayrı uğurlu yazılar olub. Xuraman Hüseynzadənin bir şeiri var idi ki, mənim çox xoşuma gəlmişdi .Onun bir misrası da yadımda qalıb: “Bizim ölkədə azad qadın ya heykəl olur, ya da fahişə”.

Şahanə Rəhimli

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir