Modern.az

“Qərbi Azərbaycandan qovulanlara repressiya qurbanları statusu verilsin”

“Qərbi Azərbaycandan qovulanlara repressiya qurbanları statusu verilsin”

23 Fevral 2010, 12:41

Modern.az xəbər verir ki, Milli Məclisin yaz sessiyasının bugünkü iclasında çıxış edən deputat Musa Quliyev Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində doğma yurd-yuvalarını tərk edən azərbaycanlıların məsələsindən danışıb. Onun sözlərinə görə, 1948 və 1953-cü illərdə Ermənistandan azərbaycanlıların deportasiya olunmasına hüquqi-siyasi qiymət verilməlidi. M.Quliyev bildirib ki, 1948-53-cü illərdə Qərbi Azərbaycandan qaçqın düşən soydaşlarımıza repressiya qurbanları statusu verilməlidir. Deputat təklif edib ki, Milli Məclis bu məsələyə baxmalı və beynəlxalq məhkəmə qarşısında Ermənistanın 1948-53-cü illərdə Qərbi Azərbaycandan qovulan soydaşlarımıza təzminat ödəməsi məsələ qaldırılmalıdır.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir