Modern.az

Milli Məclisdə İranda Azərbaycan bayrağının təhqir olunmasından danışıldı

Milli Məclisdə İranda Azərbaycan bayrağının təhqir olunmasından danışıldı

23 Fevral 2010, 13:13

Modern.az-ın məlumatına görə, Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev bir müddət öncə İranda Azərbaycan bayrağının təhqir olunması məsələsinə diqqət çəkib. O, deyib ki, İranda Azərbaycan bayrağının yerı atılmasını Azərbaycan-İsrail əlaqələrinin isti olması ilə əsaslandırırlar. Deputat Azərbaycanın hansı dövlətlə isti münasibət qurmasının ölkəmizin daxili işi olduğunu vurğulayıb. Q.Həsənquliyevin sözlərinə görə, İran ölkəmizin ərazisini işğal etmiş Ermənistanla elə yaxın münasibətə malikdir ki, bu, Azərbaycan-İsrail əlaqələrini kölgədə qoyub. Q.Həsənquliyev təklif edib ki, İranda Azərbaycan bayrağının yerə atılması faktı Milli Məclis rəhbərliyi səviyyəsində pislənilməlidir. Spiker Oqtay Əsədov deputatın qaldırdığı məsələyə münasibət bildirərək deyib ki, İran Azərbaycanla böyük sərhəddə malik olan qonşu dövlətdir və onunla münasibətlərdə diqqətli olmaq lazımdır. Milli Məclis Sədrinin sözlərinə görə, İran-Azərbaycan məsələlərinə populizm və dövlətçilik prizmasından yanaşmalar var. O, qonşu dövlətlə münasibətlərə dövlətçilik prizmasından yanaşmağın və İranla əlaqələri yaxşılaşdırmağa çalışmağın tərəfdarı olduğunu vurğulayıb.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi