Modern.az

Məleykə Abbaszadə mətbuat konfransı keçirəcək

Məleykə Abbaszadə mətbuat konfransı keçirəcək

Ölkə

23 Fevral 2010, 13:51

Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) bu yaxınlarda 2010/2011-ci tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul qaydalarını təsdiqləyib. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, ictimaiyyətin diqqətində olan builki qəbul qaydaları artıq ”Abituriyent” jurnalının 1-ci sayında dərc olunub. Fevralın 24-də TQDK sədri Məleykə Abbaszadənin iştirakı ilə 2010/2011-ci tədris ili üçün Respublikanın ali və orta ixtisas məktəblərinə qəbul qaydalarına  dair  mətbuat konfransı keçiriləcək. Konfransda həmçinin  ”Abituriyent” jurnalının 1-ci sayının təqdimatı da olacaq.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır