Modern.az

Strasburqda Xocalı soyqırımına aid mitinq keçiriləcək

Strasburqda Xocalı soyqırımına aid mitinq keçiriləcək

23 Fevral 2010, 15:19

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı fevralın 24-28-də Avropanın paytaxtı Strasburq şəhərində silsilə tədbirlər keçirməyi nəzərdə tutub. ATXƏM-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri  Qafar Əliyev, Milli Məclisin komissiya sədri Arif Rəhimzadə, Milli Məclisin üzvü Əkrəm Abdullayev, ATXƏM-in sədri İlham İsmayilov, "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov və ziyalılardan Nadir Orucov iştirak edəcək.

Numayəndə heyətinin çıxış edəcəyi Strasburq Üniversitetinin iki institutunda (ITIRI-Yazılı və Sinxron tərcümə və Beynəlxalq Əlaqələr İnstitutu ve Turkoloji Departementi) iki konfransın təşkili və Xocalı yürüş-mitinqinin keçirilməsi planlaşdırılıb.  

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı