Modern.az

Milli Məclisdə Ombudsman vəzifəsinə yeni namizədlər var

Milli Məclisdə Ombudsman vəzifəsinə yeni namizədlər var

Parlament

23 Fevral 2010, 15:51

Modern.az-ın Milli Məclisin üzvlərindən aldığı məlumata görə,  Azərbaycan Respublikasının yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təsdiq olunması ilə bağlı layihə artıq parlamentə təqdim olunub. Qanun layihəsində müvəkkil vəzifəsinə 3 nəfərin namizədliyinin göstərilib. Onların indiki Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanov olduğu bildirilir. Milli Məclis gələn iclasında məsələyə baxacaq.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı