Modern.az

Akif İslamzadə: “Zeynəb Xanlarova öz adına layiq övladlar böyüdüb” - RUBRİKA

Akif İslamzadə: “Zeynəb Xanlarova öz adına layiq övladlar böyüdüb” - RUBRİKA

28 Dekabr 2012, 12:49

Modern.az-ın “Ad günü” rubrikasında bu dəfə Xalq artisti, millət vəkili Zeynəb Xanlarovadan bəhs olunur. Çünki bu gün böyük sənətkarın 76 yaşı tamam olur. Onu bu əlamətdar gün münasibətilə Azərbaycanın musiqi sənətində özünəməxsus yeri olan müğənni Akif İslamzadə təbrik edib:

“Zeynəb xanımı təbrik edirəm. Allah ona cansağlığı, uzun ömür versin. Fürsətdən istifadə edib Zeynəb xanıma uzun ömür və cansağlığından başqa, bir təşəkkürümü də bildirmək istəyirəm ki, o elə övlad böyüdüb. Onun böyük oğlunu yaxşı tanıyıram. Çox ədəb-ərkanlı, qabiliyyətli bir kişidir. Düzgün tərbiyə alıb, hiss edirsən ki, ev tərbiyəsi alıb. Ümumiyyətlə, Zeynəb Xanlarova öz adına layiq övladlar böyüdüb”.

Təbriki çatdırmaqda vasitəçilik etdi: Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?