Modern.az

Elçibəyin oğlu Dövlət Baxçalının yanında işləyəcək

Elçibəyin oğlu Dövlət Baxçalının yanında işləyəcək

23 Fevral 2010, 18:01

Bir müddət öncə Türkiyədə səfərdə olan Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçıbəyin oğlu Ərturqut Əliyev qardaş ölkədən Bakıya qayıdıb. Məlumatı Modern.az saytına Elçibəy ailəsinin kürəkəni Aqil Səmədbəyli verib. A.Səmədbəyli deyib ki, səfər zamanı o, Ərturqutla birgə Türkiyənin Milliyyətçı Hərəkat Partiyasının qurultayında iştirak edib: “Qurultaydan sonra Dövlət Baxçalı ilə görüşdük. Bu günə qədər Elçibəyin ailəsinə verdiyi dəstəyə görə ona minnətdarlığımızı bildirdik. Bundan başqa, Dövlət Baxçalı ilə Ərturqutun gələcəyi barədə də söhbətimiz oldu. Dövlət bəy Ərturqutun Türkiyənin Milliyyətçı Hərəkat Partiyasının baş qərargahında işlə təmin olunacağına söz verdi. Eyni zamanda Elçibəyin oğluna gələcəkdə təhsil məsələsində də yardımçı olacağını söylədi”.

Aqil Səmədbəyli saytımıza bildirib ki, bu yaz Ərturqut yenidən Türkiyəyə gedəcək: “O, həm Türkiyədə təhsilini davam etrdirəcək, həm də işləyəcək”. Qeyd edək ki, Ərturqut Əliyev Bakı Kooperasiya Universitetini bitirib. Ali təhsilini tamamladıqdan sonra qanunvericiliyə uyğun olaraq Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, hərbi xidmətini Daxili Qoşunların Gəncədəki “N” saylı hərbi hissəsində başa vurub.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı