Modern.az

Dünyanın varlı yazıçıları – SİYAHI

Dünyanın varlı yazıçıları – SİYAHI

Ədəbi̇yyat

29 Dekabr 2012, 13:21

Modern.az saytı dünyada öz qazanclarına görə seçilən yazıçıların adlarını təqdim edir.

1. Ceyms Patterson - gəlir: 94 milyon dollar

Amerikalı yazıçı triller janrında fəaliyyət göstərir. O, amerikalı psixoloq Aleks Kross və xəfiyyə Maykl Bennet haqqında romanları seriyasının və “Qətl araşdırmalarının qadın klubu” adı altında çıxmış 10 romanın müəllifidir.

2. Stiven Kinq - gəlir: 39 milyon dollar

Populyar amerikalı yazıçı, roman və ssenari yazarı, triller, qotik proza və həmçinin də elmi fantastika janrlarında əsərlər yazır. O, «Atıcı», «Qaranlıq güllə», «Günbəz altında», «Sevinc ölkəsi» və bu kimi digər kitabların müəllifidir.

3. Canet İvanoviç - gəlir: 33 milyon dollar

Amerikalı yazıçı xanım, sevgi və dedektiv janrda olan romanların müəllifidir. Canetin həyat yolu olduqca kəşməkəşlidir. Universiteti bitirəndən sonra gənc xanım hətta katibə işləməyə də məcbur olmuşdur, belə ki, nəşriyyat  evlərinin əksəriyyəti ona imtina cavabı verirdi. Düzdür, sonradan hər şey qaydasına düşür və onun kitabları artıq dərc olunmağa başlayır.

4. Con Qrişom - gəlir: 26 milyon dollar

Amerikalı yazıçı “hüquqi trillerlərin” müəllifidir, onlar ABŞ-da dərc olunmaq ilə yanaşı Hollivudda ekranlaşdırırlır, ("Öldürmək vaxtıdır", "Firma", "Uğursuz insanlar ilə Milad bayramı" və s). 

5. Ceff Kinni - gəlir: 25 milyon dollar

Ceff –amerikalı oyun ixtiraçısı, karikatura rəssamı və uşaq ədəbiyyatı yazıçısıdır. Kinni «Zəif adamın gündəliyini» bestsellerinin müəllifidir, bu gündəliyin bir hissəsi ekranlaşdırılıb. 

6. Bill О'Reyli - gəlir: 24 milyon dollar

О'Reyli – populyar amerikalı jurnalist, siyasi icmalların müəllifi, televiziya və radio verilişlərin aparıcısı, ABŞ-ın sosial-siyasi problemləri ilə bağlı bir neçə kitabın müəllifidir.

 7. Nora Roberts - gəlir: 23 milyon dollar

 Məşhur amerikalı yazıçı, bir sıra dedektiv və sevgi romanlarının müəllifidir.

8. Daniela Stil - gəlir: 23 milyon dollar

Bizim oxuculara da çox yaxşı tanış olan Daniela Stil çoxsaylı sevgi romanlarının müəllifidir, onun kitabları bir neçə tirajda,125 milyondan artıq nüsxədə buraxılıb, onun novellalarından 23-ü səhnələşdirilib, bunların sırasında «Zoya», «Sakit liman», «Böyük sevgi olmur» və s filmlərin adını qeyd etmək olar.

9. Syuzen Kollinz - gəlir: 20 milyon dollar

Syuzen böyük səs-küy doğurmuş «Ac oyunlar» kitabının müəllifidir. Həmin əsərin 2012-ci ildə böyük müvəffəqiyyətlə səhnələşdirilməsindən sonra Kollinzin gəlirləri 2 dəfədən də çox artıb. Həmçinin o,  çoxsaylı uşaq verilişləri və cizgi filmləri  üçün və uşaqları üçün kitablar da yazır.

10. Din Kunts - gəlir: 19 milyon dollar

Amerikalı yazıçı fantastika, qorxu və dəhşət filmləri, dedektiv janrları üzərində işləyir. O, «Öncəgörən»,  «İlin ən qaranlıq gecəsi», «Ay işığında» və s əsərlərin müəllifidir.

11. Coan Roulinq - gəlir: 17 milyon dollar

Briyaniyalı yazıçı xanım Harri Potter haqqında romanlar seriyasının müəllifidir, bu kitablar 65-dən çox dilə tərcümə olunub, 2009-cu ildən o, Fəxri Legion Ordeninin kavaleridir.  

12. Corc Reymond Riçard Martin - gəlir: 15 milyon dollar

Amerikalı yazıçı və fantastik əsərlər müəllifi, ssenarist, prodüser, redaktor, bir sıra yüksək nüfuzlu mükafatların sahibidir. O həmçinin məşhur "Buz və Atəş nəğmələri" kitablar tsiklinin müəllifidir.

13. Stefani Mayer - gəlir: 14 milyon dollar

Ala-toranlıq saqa (qədim Skandinaviya əfsanəsi) sayəsində amerikalı müasir yazıçı xanım Mayer  böyük populyarlıq və çox milyonlu gəlir əldə edir. Qeyd etmək lazımdır ki, ötən il Stefani bu siyahıda beşinci pilləni tutmuşdur.

14. Ken Follett - gəlir: 14 milyon dollar

İngiltərəli yazıçı, «İynə dəliyi» adlı məşhur romanın müəllifidir. Bu kitab 30-dan çox dilə tərcümə olunub. Onun «Şirlər ilə əlbəyaxa» kitabının həm də ekran versiyası hazırlanmışdır.

15. Rik Riordan - gəlir: 13 milyon dollar

Fantastika və dedektiv janrında fəaliyyət göstərən amerikalı yazıçı və Persi Ckson haqqında populyar kitabların müəllifidir, həmçinin «Olimp qəhrəmanları» və «Allahların varisləri» adlı kitab seriyaları  onun qələminin məhsuludur.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı