Modern.az

Brüsseldə “Nobellər və Bakı nefti” sərgisi nümayiş etdirilir

Brüsseldə “Nobellər və Bakı nefti” sərgisi nümayiş etdirilir

23 Fevral 2010, 19:24

Avropa Komissiyasının Brüsseldə yerləşən mənzil qərargahında “Nobellər və Bakı nefti” sərgisinin acılış mərasimi keçirilib. Mərasim Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin, ARDNŞ-nin, “Statoil” şirkəti, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, “Nobel irsi” Bakı Fondunun təşkilati dəstəyi ilə təşkil edilib.
Modern.az-ın məlumatına görə, bu barədə ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib.
Açılış mərasimində Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyinin rəhbəri, səfir Emin Eyyubov, ARDNŞ prezidentinin müşaviri Murad Heydərov, Energetika üzrə Avropa komissarı Günter Ottinger, İnkişaf məsələləri üzrə Avropa komissarı Andris Pibalqs cıxış edib. Çıxışlarda Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu xüsusi qeyd olunub.

Çıxışçılar Azərbaycanda milli mənəvi dəyərlərə, tarixə, adət-ənənələrə bağlılığın güclü olduğunu vurğulayıb, Bakı neft sənayesinin tarixinə və ənənələrinə dərin hörmət bəslənildiyini qeyd ediblər.
Sərginin açılış mərasimində Nobel ailəsinin üzvləri Filip və Qustav Nobel, ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov, İsveşrənin xarici işlər naziri Karl Bildt, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi səfir Pyer Morel, ABŞ-ın Avrasiya energetika məsələləri üzrə nümayəndəsi səfir Ricard Morninqstar, Brüsseldə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, elmi-araşdırma mərkəzlərinin əməkdaşları və jurnalistlər iştirak ediblər.
Daha sonra iştirakçılar sərginin eksponatları, fotolar, audiovizual təqdimatla tanış olublar. 1 ay müddətində davam edəcək sərgi Avropa ictimayətinin nümayəndələrində böyük maraq doğurub. Sərgi çərçivəsində ARDNŞ-nin vitse-prezidenti Xalik Məmmədov Avropa İttifaqının energetika və inkişaf məsələləri üzrə komissarları Günter Ottinger və Andris Pibalqs, həmçinin ABŞ-ın Avrasiya energetika məsələləri üzrə nümayəndəsi, səfir Ricard Morninqstarla qısa görüşlər keçirib. Görüşlərdə Azərbaycanla Avropa İttifaqı arasında enerji məsələləri üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.

Qeyd etmək lazımdır ki, “Nobellər və Bakı nefti” sərgisi ötən il “Əsrin müqaviləsi”nin 15-ci ildönümü ərəfəsində ilk dəfə Bakıda təqdim olunub. Sərgi Brüsseldən öncə London və Berlin şəhərlərində nümayiş etdirilib.
 

Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı