Modern.az

Dünyanın ən varlı qadın yazarı - Con Roulinq: O buna necə nail oldu?

Dünyanın ən varlı qadın yazarı - Con Roulinq: O buna necə nail oldu?

30 Dekabr 2012, 12:23

Dünyanın ən zəngin yazıçı xanımının adı Coan «Co» Myurreydir (evlənənə qədər Roulinq), onun bütün həyatı prinsip etibarı ilə başdan-başa sınaqdan ibarətdir, onun həyatının keşməkeşləri hələ məktəb vaxtlarından başlayıb, belə ki, Coanın sözlərinə görə, o məktəbə getməyə nifrət edirmiş, çünki sinif yoldaşları onu heç xoşlamırdı, onlar Roulinqi heç sevmirdilər.

Bütün bunların üstünə isə gənc qızın anasının bərk xəstələnərək iflic olması da əlavə olunur. Məhz anasına baxmalı olduğu üçün Coan Roulinq “Oxford” universitetinin tələbəsi ola bilmir, baxmayaraq ki, o qəbul imtahanını verə bilmişdi. Daha sonra o, Ekstersk universitetinə daxil olur, buranı isə  “fransız dili” ixtisası üzrə başa vurur.

1990-cı ildə Roulinqin anası vəfat edir. Bu itki gələcək yazıçının həyatına o qədər təsir edir ki, o, İngiltərəni tərk etmək qərarına gəlir. Beləliklə İngiltərəni tərk edən Roulinq bir neçə illiyə Portuqaliyada məskən salır. Burda o, ingilis dilindən dərs deyir və bütün boş vaxtını roman yazmağa sərf edir. Lakin sonradan bu məşğuliyyətlərin hər iksini yöndəmsiz hesab edərək, onları dayandırır.  

1992-ci ildə o, tələbə Xorxe Arantesə ərə gedir, üstündən cəmi bir il keçməmiş onlar boşanırlar. Bu nikahdan Coanın Cessika adlı bir qızı dünyaya gəlir (1993), o, qızını götürərək Böyük Britaniyaya qayıdır. Daha dəqiq desək, o Coanın balaca bacısı Dinin yaşadığı Şotlandiyanın Edinburq şəhərinə gəlir. Məhz orada, bacısının ərinə məxsus kafedə Coan Roulinq “Harry Potter” haqqında  romanını yazmağa başlayır.

Birinci kitabın yazılmasına Coan Roulinq iki il yarımdan çox vaxt sərf edir, ən maraqlısı isə odur ki, ilk öncə 20-dən çox nəşriyyat və demək olar ki, Coanın ünvanını tapa bildiyi bütün ədəbiyyat agentləri romanı  nəşr etməkdən imtina edir. Ona görə də «Bloomsbury» nəşriyyatı onun «Harry Potter və fəlsəfə daşı» adlı ilk romanına olan hüquqları 4000  ABŞ dollarına almağa razılaşanda o, bunu əsl uğur kimi qiymətləndirir.

Əhvalatın maraqlı hissəsi isə məhz burda başlayır: cəmi bir neçə ay keçdikdən sonra Amerikanın «Artur A. Levin/Dərslik ədəbiyyatı» nəşriyyatı kitabın ABŞ-da satışı üçün hüquq əldə edir, bunu sayəsində Coan Roulinq kifayət qədər pul əldə edir ki, fransız dili müəllimliyini atıb, yazıçılıq ilə peşəkar səviyyədə məşğul olsun. İndi bu onun əsas fəaliyyət sahəsi idi.

Bundan sonra isə yazıçını ancaq qələbələr gözləyir :

 «Harry Potter və fəlsəfə daşı» romanı demək olar ki, elə həmin an ilin ən yaxşı uşaq kitabı seçilir.

1998-ci ildə  «Warner Brothers» (Uorner Brazers) kinostudiyası onun ilk iki romanın ekran həllini hazırlamaq hüququnu alır.

Növbəti on il ərzində, Coan Roulinqin romanları 80-dən çox dilə tərcümə olunur və bu müddət ərzində 350.000.000 kitab satılır.

2000-ci ildə isə, bu xanım Britaniya İmperiyası ordeninə kavaler seçilir.  

Bunun nəticəsində 2008-ci ildə Forbes jurnalı onu dünyanın ən varlı yazıçı qadını elan edir, onun var dövləti 1 milyard dollar həcmində qiymətləndirilir.

O özü öz uğuru haqqında nə deyir?

“Uzun müddət ərzində mən özüm də başa düşə bilmirdim ki, nəyə görə ustad və öz sözünü deməyi bacarmış  yazıçılardan fərqli olaraq, məhz mən belə inanılmaz bir uğura nail ola bildim. Bəxtmi? Taleyin sınaqlarımı? Bəlkə, digər həyatlarımda qazanaraq ödəməli olacağım avans? Amma daha sonra mənə hər şey agah oldu, mən indi səbəbi o qədər səlis və aydın dərk edirəm ki, bunu sizinlə də paylaşa bilərəm. Bir sıra digər müəlliflərdən fərqli olaraq mən heç vaxt kitabın nə qədər uğurlu olacağını hesablamırdım (xüsusən də kommersiya baxımından). Bundan əlavə mən heç vaxt iş masası arxasına oturarkən, gələcək kitabımın planını tərtib etməyə çalışmır, nə də hər bir səhnənin, hər bir təklifin, hər süjet dəyişikliyinin arxasında dayanan qəhrəmanların psixoloji vəziyyətini açıqlamaq, onların daha düzgün reaksiya verməsi üçün qızıl reseptlər axtarışına çıxmır, nə də psixologiya kitabları və dərsliklərini araşdırmırdım. Bundan əlavə işləyərkən mən heç vaxt başımla düşünmürdüm. Yəni mən hamının düşünməyə vərdiş etdiyi mənada düşünümürdüm: indi bu olacaq, bundan sonra baş qəhrəmanlar bunu edəcək, onlar bura gedəcək, orda isə onların başına bu hadisə gələcək.

Mən hətta bir çoxları kimi yazılarımı mətnlərinin “məzmunsuzluq və ya həddindən artıq dolğunluq” prinsiplər ilə mühakimə etmir, bütün bu müddət ərzində yalnız ürəyinin səsinə qulaq asan bur qızcığaz olmaqda davam edirdim. Ona görə də əgər iş vaxtı mənim ürəyim gülürdüsə, mən bilirdim ki, sonra mənim kitabımı oxuyarkən mənim oxucumun da üzü güləcək, əgər mənim ürəyim ağlayırsa, demək onlar da qəhərlənəcək”.

Hazırladı: Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı