Modern.az

“KVN”çi Cabir İmanov Nataşadan nə xahiş elədi? - Bayrama yumor sovqatı

“KVN”çi Cabir İmanov Nataşadan nə xahiş elədi? - Bayrama yumor sovqatı

30 Dekabr 2012, 13:38

“Parni iz Baku”nun şən və hazırcavab iştirakçılarından biri olan Cabir İmanovun Facebook səhifəsində maraqlı statuslar var. Qarşıdakı bayram günləri ərəfəsində oxucuların könlünü açmaq üçün onların bir neçəsini Modern.az izləyicilərinə təqdim edirik:

- İdman xəbərləri: Sonuncu dünya çempionatında bizim ağır atletlərimiz, özlərini yüngül aparmışdırlar.

- Azərbaycan alimlərinin apardığı tədqiqatlara görə, Bakı şəhərinin sakinlərində maşın sürmək qabiliyyəti yarandıqdan sonra, dərhal söyüş söymək qabiliyyəti inkişaf edir.

- Respublikanın aparıcı həkimlərinin rəyinə görə, bir çəkilmiş siqaret insan ömrünü 2 saat qısaldır, bir butulka içilmiş araq 3 saat qısaldır, ən dəhşətlisi odur ki, bir iş günü insan ömrünü 8 saat qısaldır.

- Dünən Əhmədli qəsəbəsi, Neapol küçəsi, ev 7-də yanğın baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər, bina sakinlərinə illərlə görmədikləri suyu veriblər. Bu hadisədən sonra Əhmədlidə və Günəşlidə dalbadal 9 bina yandırılıb.

- Universitetlərdə davam edən yay sessiyası ərəfəsində Vergilər Nazirliyi bizi sevindirdi. Vergi müfəttişlərinin verdiyi məlumata görə, respublikanın bütün ali təhsil ocaqlarının kafedralarında yay sessiyası ilə əlaqədar kassa aparatları quraşdırılacaq. Sahəsi 6 kv/metr-dən az olan kafedralara bu qərar aid deyil. Rahat işləyə bilərsiniz.

- AFFA-dan aldığımız xəbərə görə, bizim futbolçular yalnız toylarda yaxşı oynaya bilirlər.

- Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, Rusiyada yaşayan həmyerlilərimiz, Azərbaycanda olan ailəsini, bundan əlavə Rusiyadakı ailəsini və gün ərzində 4 polis rus ailəsini dolandırır...

- Yay mövsümü ilə əlaqədar olaraq, qonşum Nataşadan xahiş edirəm ki, yubkasını bir az uzun eləsin. Mənə zülm verməsin. Bu “liçni” xəbəriydi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi