Modern.az

“Standartlara cavab verməyən şadlıq evlərinin fəaliyyəti dayandırılmalıdır”

“Standartlara cavab verməyən şadlıq evlərinin fəaliyyəti dayandırılmalıdır”

Ölkə

24 Fevral 2010, 10:00

Şadlıq evləri və restoranların sayı sürətlə artmaqdadır. Lakin bu iaşə obyektlərinin hamısı barədə müsbət fikir söykləmək mümkün deyil. Onların akustikası, təklif etdiyi xidmətin səviyyəsi, personalın qeyri-peşıkarlığı və s. ilə bağlı çoxlu problemləri var. Elə bunları nəzərə alan Mil­li Məc­li­sin So­si­al si­ya­sət ko­mi­tə­si­nin səd­ri Ha­di Rə­cəb­li bir müddən öncə şad­lıq ev­lə­ri və restoranların lisenziyalaşdırılması təklifilə çıxış etmişdi. Deputat lisenziyaların verilməsinin Mə­də­niy­yət və Tu­rizm Na­zir­li­yinə həvalə olunmasını bildirmişdi.

Modern.az-a açıqlamasında Hadi Rəcəbli şad­lıq ev­lə­ri və restoranların lisenziyalaşdırılması məsələsinin gündəmdə qaldığını vurğulayıb. “Hesab edirəm ki, belə bir layihə vacibdir. Bu gün toylarda insanların narazı qaldıqları məsələlərdən biri də səslə bağlıdır. Bunun qarşısının alınmasından ötrü heç şübhəsiz ki, lisenziyalaşdırma olmalıdır. Qoyulmuş standartlara cavab verə bilməyən obyektlərin fəaliyyəti dayandırılmalıdır. Bunu Mədəniyyət və Turizm Nazirliyi həyata keçirə bilər. Hesab edirəm ki, restoran binalarının akustikasının lazımı səviyyədə olması vacib məsələdir. Ona görə də təklifimi təkidlə müdafiə edəcəyəm və bildirirəm ki, şadlıq evləri, restoranlarla bağlı problemlər yoluna qoyulmalıdır”. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır