Modern.az

Ali məktəb rektoru: “Attestasiyadan keçməyən müəllimlər təhsildən kənarlaşdırılsın”

Ali məktəb rektoru: “Attestasiyadan keçməyən müəllimlər təhsildən kənarlaşdırılsın”

24 Fevral 2010, 10:55

Son zamanlar təhsil müəssisələrində çalışan pedaqoqların bilik səviyyəsi barədə müxtəlif müzakirələr gedir. Müəllimlərin attestasiyadan keçirilməsini təklif edənlər də var, bunun əleyhinə olanlar da.  Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev Modern.az-a açıqlamasında deyib ki, ali və orta ixtisas təhsili, ümumtəhsil, məktəbəqədər  tərbiyə müəssisələrində çalışan bütün müəllimlər attestasiya olunmalıdır. Deputat bunun vacibliyini belə izah edib: “Təhsildə əsas məsələ kadr problemidir. Kadr olmayan yerdə mütəxəssis hazırlamaq mümkün deyil. Ona görə də bu gün təhsil sahəsində çalışan bütün kadrlar attestasiyadan keçirilməlidir. Attestasiyadan keçə bilməyən kadrları təhsil müəssisələrinin auditoriyasına, siniflərinə buraxmaq olmaz. Bu mənada mən təhsil sahəsində çalışanların testdən keçirilməsinə tərəfdaram. Testin üstünlüyü odur ki, əsl kadrları üzə çıxarır. Mənə elə gəlir ki, zəif kadların təhsil sahəsində işləmələrinə icazə vermək ermənilərin bizə vurduqları zərbədən də ağırdır”. Qeyd edək ki, Təhsil Nazirliyi hələ bir neçə il öncədən müəllimlərin attestasiya olunacağını bəyan edib, amma hələləik bunu reallaşdıra bilməyib. Modern.az  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər