Modern.az

Qana susayanlar… - MARAQLI

Qana susayanlar… - MARAQLI

İqtisadiyyat

5 Yanvar 2013, 22:20

Akula bir damla qanı bir neçə km-dən hiss edə bilir


Köpək balıqları (akula) özünəməxsus xüsusiyyətlərinə görə, təbiətin nadir heyvanları sırasına daxildir. Təbiət bu dəniz canlısını yaşamaq üçün lazım olan hər cür imkanlarla təmin edib.

Akulaların malik olduqları ən yaxşı imkanlardan biri çox geniş diapazonlu menyüləridir. Bu menyüdə yeyilməyən qida yoxdur. Yəni, akulanın mədəsi ora düşən hər şeyi-timsah balasını, tısbağanı, pinqvini, zəhərli skatları, insanı, dəniz quşlarını, iti, pişiyi həzm etməyə qadirdir. Akulalar heç vaxt özündən iri, lakin yaralı balinaları, delfinləri, hətta suya düşən atı belə yeməkdən imtina etmirlər. Bu hələ harasıdır? Gəmi göyərtəsinin rənglənməsi üçün nəzərdə tutulan, lak, boya, iri metal əşyalar da köpək balıqlarının «iştahını açan» yeməklərdəndir. Elə bil bu heyvanların mədəsinin universal həzmetmə qabiliyyəti var. Belə olmasaydı ayaqlarına dəmir nal vurulmuş at akula mədəsinə düşərkən sümükləri, dırnağı nal qarışıq asanlıqla həzm olunmazdı. Bütün bunların səbəbi köpək balıqlarının mədə şirəsinin güclü həzmedici qabiliyyətidir. Bu şirə hətta insan dərisi üzərinə düşərsə çox ağır yanığa səbəb olar.

Akulaların iri balinalara hücum etməyə cəsarəti çatmasa da, sürəkli olaraq onları müşayiət etmək sevimli məşğuliyyətləridir. Bunun iki əsas səbəbi var. Birincisi, balinalar istənilən an yaralana bilirlər. Bu zaman köpək balıqları onlara yubanmadan hücuma hazır olurlar. İkincisi balinaların yemək süfrəsinin qalıqları üçün onları müşayiət edirlər. Akulalar hec cür akvariumda yaşaya bilmirlər. Bunun əsas səbəbi onların akvariumlarda lazımi sürəti yığa bilməmələridir. Məsələ burasındadır ki, köpək balıqları hərəkət etməsələr suda boğularlar. Nəhəng akulalar tənəffüs üçün 1 km məsafə qət edərkən qəlsəmələrindən 250-350 tonsu keçirirlər. Bu isə labüdl miqdarda oksigen deməkdir. Köpək balıqlarının hər zaman hərəkətdə olmasının digər səbəbi  onlarda hava qovuğunun olmamasıdır. Xüsusi çəkiləri suyun xüsusi çəkisindən ağır olduğundan akulalar daim hərəkətdə olmalıdırlar. Bunun üçün suyun dibinə çökməsin deyə, o həmişə quyruğunu tərpətməli olur. Ammma bütün canlılılar kimi akulalar da günün müəyyən saatlarını yatmalıdırlar. Hətta yatarkən də hərəkətlərini davam etdirməli olan bu balıqları təbiət digər xüsusi qabiliyyətlə təmin edib. Bu, onların raket mühərriklərinin iş prinsipini xatırladan hərəkətləridir. Qəlsəmələrdən çox sürətlə çıxan su balığın raktiv təkanlarla irəliləyişinə səbəb olur. Adətən bu növ «reaktiv» hərəkətlərdən akulalar yatarkən istifadə edirlər. Bu, onların ucsuz-bucaqsız okean sularının dərinliklərində batıb məhv olmasının qarşısını alır.

Sahilyanı ərazilərin köpək balıqları isə dayaz yerlərdə suyun dibində  «uzanıb» yatarkən batmaqdan «qorxmurlar». Dayazlıqların yarada biləcəyi təhlükəni akulalar  qeyri-ciddi «qəbul edirlər».

Köpək balıqlarının gücü çox böyükdür. Bir dəfə dartınmaqla 5 sm qalınlığında kəndiri adi sap kimi qıra bilir. Onun ağzına düşən  polad qarmaqlar adi məftildən hazırlanmış kimi  asanlıqla əyilərək qırılır. Müqayisə üçün bildirək ki, bu qarmaqlar 1 ton ağırlığında yükü çəkə bilsələr də akulaların gücü qarşısında davam gətirə bilmirlər. Bir dəfə bütün içalatı tökülmüş, bədəni güllə və nizələrlə dəlmə-deşik olmuş akula özündə güc taparaq onu bu günə salan balıqçının qolunu dartıb yerindən qopara bilib. Digər bir akula isə bütün içalatı çıxarıldıqdan sonra yenidən suya atılarkən qarmağa keçirilmiş öz içalatını yeməkdən də imtina etməyib. Bu, həmin heyvanlarda həyat qüvvəsinin nə dərəcədə olduğunu göstərir.

Köpək balıqlarının bıçaq kimi, bəlkə bıçaqdan da iti iri dişləri var. Uzunluğu 5 sm olan bu dişlərlə Şimali Amerika hinduları vaxtilə üzlərini qırxırmışlar. Polineziya adasının döyüşçüləri isə silahlarına akula dişləri taxırmışlar.

Köpək balıqları üçün dişlər ən etibarlı və əvəzolunmaz silahdır. Məhz dişlərin köməyilə onlar parçaladığı iri tikələri xırdalaya bilirlər.  Amma mişar kimi kəsici və çox iti olan bu dişlərin bir çatışmayan cəhəti var-onlar tez sıradan çıxırlar. Lakin köpək balıqlarını çətin vəziyyətdən dişlərin hər 8 gündən bir yenilənməsi xilas edir. Bəzi akulalarda isə bir neçə sıra düzülmüş ehtiyat dişlər də olur. I sıra xarab olduqda II sıra ehtiyat dişlər yerdəyişmə edərək birincilərin yerini tuturlar.

Akulalarla bağlı digər maraqlı məqam da var. Belə ki diri bala doğan bu heyvanların körpə balaları hələ anna bətnində ikə bir-birlərini yeməyə başlayırlar.  Erkən mayalanmış balalar ana bətnində inkişaf mərhələsini bitirərkən hələ böyüməkdə olan öz «bacı-qardaşlarını», hətta mayalanmamış yumurtaları belə yeyib- qurtarandan sonra həmin yeri tərk edirlər. Bu səbəbdən də akulalar bir dəfəyə 2-dən artıq bala doğa bilmirlər.

Akulaların növləri çoxdur. Uzunluğu 5-8 metrə çatan ağ akula «adamyeyən» ləqəbini alıb. Bu yırtıcı bircə dəfə dişləməklə insan bədənini iki yerə bölə bilir. Onun ağzı tam açılarkən 4-5 adamı birlikdə uda bilər. Mako adlandırılan kömək balıqları da «adamyeyənlər» siyahısına daxildirlər. Onlar  hədsiz döyüşkən, davakar və qisasçı balıqlardır. Mako yeganə köpək balığıdır ki, öz qisasını almaq üçün  quruyu tullanaraq  onu yaralayan dama xəsarət yetirməkdən çəkinmir.

Akulaları aqressiv edən amillərdən birincisi qandır. Çox həssas iyduyma qabiliyyətinə malik olan bu heyvanlar dəryada bir damla qanı bir neçə km-dən hiss edə bilirlər. Üzgüçünün dərisindəki çox cüzi cızıq belə köpək balıqlarının «döyüş hazırlığı» pozası almasına və hücumuna səbəb olur.

Ümumiyyətlə hər il dünyada xeyli insan akulaların hücumuna məruz qalır. Bunlar dənizçilər, balıqçılar, çimən adamlar, təsadüfən və ya qəza nəticəsində suya yıxılanlardır.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir