Modern.az

Ali məktəblərə yeni qəbul qaydaları açıqlandı

Ali məktəblərə yeni qəbul qaydaları açıqlandı

24 Fevral 2010, 11:38

Tələbə Qəbulu üzrəDövlət Komissiyası bu gün 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili, eləcə də xüsusi təyinatlı (Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, digər nazirlik və idarələrin təhsil müəssisələrinə) təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını açıqlayıb. Qaydalar aşağıdakı kimidir:

Ümumi müddəalar

1. Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd (attestat və ya diplom) almış şəxslər malikdirlər. Azərbaycan Respublikasında ali təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Orta ixtisas təhsili müəssisələrində təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir. Dövlət hesabına ali (orta ixtisas) təhsil almış abituriyentlər yenidən dövlət hesabına ali (orta ixtisas) təhsil ala bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, ali və orta ixtisas təhsili müəssisələrinin yalnız təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslarına qəbul oluna bilərlər.

I ixtisas qrupu

 

texniki, iqtisadiyyat, hüquq, pedaqoji, dizayn və bədən tərbiyəsi ixtisasları;

II ixtisas qrupu

 

kimya-texnoloji və tibb ixtisasları;

III ixtisas qrupu

 

humanitar, incəsənət və musiqi ixtisasları.

4. Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Ərizə qəbulu 5. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün abituriyent internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni doldurur və aşağıdakı sənədləri TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizəsini rəsmiləşdirir: – tam orta, orta ixtisas və ya ali təhsili haqqında sənədi:

a) əvvəlki illərin məzunları sənədin əslini; b) cari ilin məzunları müəyyən edilmiş formada, təhsil müəssisəsi tərəfindən verilən və abituriyentlərin buraxılış sinfində oxuduqlarını təsdiq edən arayışı;

– şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər milli pasportunu və ya Azərbaycan Respublikasında qeydiyyatı haqqında vəsiqəsini;

– hərbi bilet və ya çağırışçı şəhadətnaməsini; – ali (orta ixtisas) təhsili olan abituriyentlər təhsil aldıqları müəssisə tərəfindən verilən ali (orta ixtisas) təhsilinin dövlət hesabına olub-olmaması barədə arayışı. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı onların notarial qaydada təsdiq edil-miş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər. Xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmaq istəyənlər sənədlərini müvafiq nazirlik və idarələrin müəyyənləşdirdiyi qaydalara əsasən təqdim edirlər. 6. Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra, TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər. Test imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.

Qəbul imtahanı 7. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə aparılır. Qruplar üzrə imtahan fənləri aşağıdakı kimidir: I ixtisas qrupu – ana dili, riyaziyyat, fizika, kimya, xarici dil (Azərbaycan bölməsində - ingilis, alman, fransız, rus; rus bölməsində - ingilis, alman, fransız); II ixtisas qrupu – ana dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya, xarici dil (Azərbaycan bölməsində - ingilis, alman, fransız, rus; rus bölməsində - ingilis, alman, fransız); III ixtisas qrupu – ana dili, ədəbiyyat, riyaziyyat, tarix, xarici dil (Azərbaycan bölməsində - ingilis, alman, fransız, rus, ərəb, fars; rus bölməsində - ingilis, alman, fransız); IV ixtisas qrupu – ana dili, riyaziyyat, fizika, kimya, biologiya. İxtisas seçimi 8. Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi abituriyentlərin imtahan nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçmək (müsabiqədə iştirak etmək) üçün abituriyentin topladığı ümumi bal ilə yanaşı, onun imtahan verdiyi hər bir fənn üzrə ayrılıqda topladığı nisbi balı da TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdikləri ixtisas qrupuna aid ixtisasları istədiyi ardıcıllıqla seçir, internet vasitəsilə müvafiq elektron ərizə formasına daxil edir və müəyyən edilmiş müddət ərzində ixtisas seçimini təsdiqləyirlər. 9. Xüsusi qabiliyyət tələb edən ixtisasları ərizələrində yalnız qabiliyyət imtahanından müvəffəq qiymət alan abituriyentlər göstərə bilərlər. Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, həmin ixtisas qrupuna daxil olan digər ixtisasları da seçmək imkanı verilir. 10. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlərə yerləşdirmə aparıla bilər. 11. Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi aparılır. Abituriyent ali təhsil müəssisələrinin boş qalan yerlərinə və dövlət, bələdiyyə və özəl orta ixtisas təhsili müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna uyğun ixtisaslarını istədiyi ardıcıllıqla seçir, internet vasitəsilə müvafiq elektron ərizə formasına daxil edir və müəyyən edilmiş müddət ərzində ixtisas seçimini təsdiqləyir. Orta ixtisas təhsili müəssisələrinin I qrup ixtisaslarını ali təhsil müəssisələrinin bütün ixtisas qrupları üzrə, II qrup ixtisaslarını ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə, III qrup ixtisaslarını isə ali təhsil müəssisələrinin III ixtisas qrupu üzrə imtahan verən abituriyentlər seçə bilərlər. Ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlər orta ixtisas təhsili müəssisələrinin yerləri və ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimində iştirak edə bilməzlər. Müsabiqə şərtləri 12. Müsabiqə abituriyentin seçdiyi ixtisas qrupu (altqrupu) üzrə topladığı ümumi bal əsasında aparılır. Abituriyentlərin yerləşdirilməsi ixtisasların ardıcıllığı nəzərə alınmaqla dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və təhsili ödənişli əsaslarla olan ixtisasların qəbul planı çərçivəsində həyata keçirilir. Abituriyentlər müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq hüququnu qazanan abituriyentlər mülkiyyət formasından asılı olmayaraq təhsil alacaqları ali təhsil müəssisəsini seçirlər. Xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər müsabiqədə ilk növbədə həmin ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə iştirak edirlər. 13. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

– orta attestat balı; – əsas fənlər (bax cədvəl 1 və 2) üzrə nisbi balların cəmi; – əsas fənlər üzrə düzgün cavabların sayının cəmi; – fənlərin üstünlük dərəcəsini (bax cədvəl 1 və 2 ) nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı; – bütün fənlər üzrə bütövlükdə düzgün cavabların sayı; – fənlərin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.

14. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (pedaqoji, idman və texnoloji dizayn ixtisasları istisna olmaqla) üzrə müsabiqə abituriyentlərin qabiliyyət imtahanlarında topladığı orta bal əsasında aparılır. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

– abituriyentin test imtahanında topladığı ümumi bal; – orta attestat balı; – abituriyentin qabiliyyət imtahanında ixtisas fənnindən (fənlərindən) topladığı bal (balların cəmi); – test imtahanının əsas fənləri üzrə nisbi balların cəmi; – test imtahanının əsas fənləri üzrə düzgün cavabların sayının cəmi; – test imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı; – test imtahanının bütün fənləri üzrə bütövlükdə abituriyentin düzgün cavablarının sayı; – test imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin fənlər üzrə düzgün cavabların sayı.

15. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən pedaqoji, idman və texnoloji dizayn ixtisasları və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının nəticələri məqbulla qiymətləndirilir və müsabiqə test imtahanlarının nəticələrinə əsasən aparılır. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti fərqləndirmək üçün 13-cü bənddə qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır. Digər müddəalar 16. Təhsilalma formasından asılı olmayaraq hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Müəyyən edilmiş müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir. 17. Abituriyentlər müəyyən olunmuş müddətdə imtahan nəticələri ilə əlaqədar TQDK tərəfindən yaradılan apelyasiya komissiyalarına müraciət edə bilərlər. Bir ali məktəbdən digərinə köçürülmək, təhsilalma formasını və ya ixtisası dəyişdirmək və təhsil haqqını ödəməklə bağlı müraciətlərə baxılmır. 18. Qəbul kampaniyası TQDK tərəfindən hazırlanmış normativ sənədlərlə nizamlanır. Abituriyent öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və ya xüsusi araşdırmalar nəticəsində müəyyən pozuntular (saxta sənəd təqdimetmə, köçürtmə və ya köçürtməyə şərait yaratma, imtahana mobil telefon, rabitə və ya digər köməkçi vasitələri gətirmə, imtahana öz yerinə başqasını göndərmə, qaydalara zidd hərəkətlərə və digər saxtakarlıqlara yolvermə) aşkar edildikdə onun imtahan nəticələri TQDK tərəfindən ləğv edilir.

Azərbaycan bölməsində II və III ixtisas qruplarının xarici dildən imtahan fənləri sırasına rus dili fənni daxil edilib

Məlum olduğu kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən ali məktəblərə və orta təhsil bazasından (11 illik) orta ixtisas məktəblərinə keçirilən qəbul imtahanlarında I, II və III ixtisas qrupunun abituriyentləri müəyyən olunmuş digər fənlərlə yanaşı, xarici dil fənnindən də imtahan verirlər. Cari ilin fevral ayında nəşr olunmuş “Abituriyent” jurnalının 1-ci sayında elan olunduğu kimi, TQDK 2010/2011-ci tədris ili üçün ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənlərində müəyyən dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul edib. Həmin qərara uyğun olaraq: 1) 2010-cu ildən etibarən ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənləri sırasına rus dili fənni də daxil edilmişdir. Beləliklə, II qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, rus, fransız, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər. II ixtisas qrupunda ərəb və fars dilləri xarici dil fənləri sırasından çıxarılmışdır. III qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və fars, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər.

2) Əvvəlki illərdən fərqli olaraq Azərbaycan bölməsi üzrə III ixtisas qrupunun DT altqrupunda da xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq olunacaqdır. İxtisas qruplarında imtahan fənlərini bir daha abituriyentlərə xatırladırıq: I ixtisas qrupunun abituriyentləri ana dili, riyaziyyat, fizika, kimya və xarici dil fənlərindən imtahan verirlər. I qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, rus, fransız, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər. II ixtisas qrupunun abituriyentləri ana dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya, xarici dil fənlərindən imtahan verirlər. II qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, rus, fransız, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər. III ixtisas qrupunun abituriyentləri ana dili, ədəbiyyat, riyaziyyat, tarix, və xarici dil fənlərindən imtahan verirlər. III qrupun Azərbaycan bölməsində abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və fars, rus bölməsində isə ingilis, alman, fransız dillərindən birini seçə bilərlər. IV ixtisas qrupunun abituriyentləri ana dili, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən imtahan verirlər.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?