Modern.az

“Hökumətin hesabatındakı müəyyən problemlərlə bağlı deputatlar sözlərini deyəcəklər...”

“Hökumətin hesabatındakı müəyyən problemlərlə bağlı deputatlar sözlərini deyəcəklər...”

Müsahibə

24 Fevral 2010, 12:15

Milli  Məclisin İqtisadi siyasət komitəinin sədri Ziyad Səmədzadə Modern.az saytının suallarını cavablandırır 

- Ziyad müəllim, gələn ay hökumət Milli Məclisə hesabat verəcək. Nə kimi dəyişikliklər var?

- Konstitusiyaya uyğun olaraq hökumət hesabatını vaxtında təqdim edəcək. Qeyd edim ki, ildən-ilə hökumətin Milli Məclisə verdiyi hesabat təkmilləşir. 2009-cu ilin yekunları birmənalı şəkildə göstərir ki, hökumət Prezident tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlib. Sosial- iqtisadi sahədə uğurlarımız göz qabağındadır. Baxmayaraq ki, Azərbaycan dünya iqtisadiyyatının tərkib hissəsidir, dünyadakı maliyyə böhranının bizə də təsiri olub, amma 2009-cu ildə iqtisadiyyatımız öz dinamikliyini saxlayıb. Bir çox sahələrdə isə artım hətta 9 faizdən də yuksək olub. İnflyasiya aşağı düşüb. Ölkənin daxili investisiyalarının həcmi artıb. Hesab edirəm ki, bütövlükdə Azərbaycan iqtisadiyyatı barədə hökumətin hesabatı heç şübhəsiz ki, maraqla qarşılanacaq. Təbii ki, müəyyən problemlər də var. Bu məsələlərlə bağlı millət vəkilləri sözlərini deyəcəklər. Təbii ki, XXI əsrin birinci onilliyi 2009-ci ildən də uğurlu olacaq.

- Budcənin xərclənməsinə nəzarət sizi qane edirmi?

- Hesablama Palatası da ciddi çəkildə hesabata hazırlaşır. Bu günlərdə Hesablama Palatasının rəhbərliyi ilə görüşdüm. Şübhəsiz ki, büdcə vəsaitləri artdıqca, ona nəzarət sistemi də aktullasır. Müasir dövrdə büdcə vəsaitlərində səmərəli istifadə ən vacib məsələlərdən biridir.

- Komitənizin tapşırığı ilə Hesablama Palatası hər hansı yoxlamalar keçiribmi?

- Hesablama Palatası öz iş planını müəyyən edərkən Milli Məclisin komitələrinə müraciət edir. Başqa məsələ ki, ən çox müraciət bizim komitəyə olur. Hesab edirəm ki, Hesablama Palatası çox yaxşı yoxlamalar aparır, ciddi qanun pozuntuları aşkarlayır. Bu pozuntularla bağlı inzibati orqanlara təkliflər göndərir. Dövlət başçışına, hökumət başçısına məlumatlar verir. 

- Bu gün cəmiyyətdə belə bir fikir də var ki, Hesablama Palatası yalnız uşaq bağçaları və bələdiyyələrdə yoxlamalar aparmaq gücündədir.

- Elə bir şey yoxdur. Hesab edirəm ki, bu, yanlış fikirdir. Hesablama Palatası Azərbaycan üçün yeni bir institutdur. Sovet sistemində onlarca yoxlayıcı orqan var idi. Hər bir nazirliyin özünün təftiş  komissiyası var idi. Nazirlik pulu özü qəbul edir, özü xərcləyir, özü də bu işə nəzarət edirdi. İndi isə dövlət nəzarəti var. “Maliyyə nəzarəti haqqında” qanun layihəsi də hazırlanır. Bilirsiniz, inkişaf olan yerdə belə problemlər də olacaq.

- Amma bir neçə il öncə bəzi qurumlar rəsmi şəkildə Hesablama Palatasının onları yoxlamasına icazə vermədi...

- Belə hadisələr 3-4 il bundan qabaq olmuşdu. Həyat dəyişir. İndi Hesablama Palatasının fəaliyyətində belə məqamlaq yoxdur. Bu qurum səlahiyyəti çərçivəsində yoxlamalar aparır.

- Bəzi millət vəkilləri belə bir məsələ qaldırıblar ki, onlara da Hesablama Palatasına yoxlama aparmaq üçün tapşırıq vermək səlahiyyəti verilməlidir...

- Bu məsələ deputatların funksiyalarına aid deyil. Parlament qanunverici orqandır. Qanunların yerlərdə necə icra olunması başqa məsələdir.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!