Modern.az

“Azərittifaq”ın sədri: "Kənd Təsərrüfatı Nazirliyinin yarmarkaları zəhərlənmə mənbəyidir"

“Azərittifaq”ın sədri: "Kənd Təsərrüfatı Nazirliyinin yarmarkaları zəhərlənmə mənbəyidir"

24 Fevral 2010, 12:43

Bir müddət öncə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Azərittifaq”ın səlahiyyətlərinin artırılması, bunun üçün dövlət dəstəyinin verilməsinə zərurət yarandığı barədə məsələ qaldırmışdı.

Modern.az bununla bağlı “Azərittifaq”ın sədri, deputat Eldar Quliyevin fikirlərini öyrənib. Modern.az-a açıqlamasında Eldar Quliyev bildirib ki, hazırda “Azərittifaq”ın fəaliyyəti daha çox kağız üzərindədir: “Keçmişdə tədarüklə ancaq biz məşğul olurduq. O zaman dövlət sifarişləri olurdu. Müstəqillik əldə edildikdən sonra bütün sahələrdə özəlləşdirilməyə start verildi, kooperasiyanın özündə də müəyyən dəyişikliklər oldu. O cümlədən kənd təsərrüfatını tədarük edən müəssisələrdə də. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun qaldırdığı məsələ sırf dövlət sifarişi ilə bağlıdır. Keçmişdə bunu biz edirdik və lazım olan məqamda supsidiyalar da verilirdi. O zaman Bakı, Sumqayıt, Mingəçevirdə böyük şəbəkələr var idi. Təəsüflər olsun ki, “budka əməliiyatı” dövründə “Azətittifaq”a aid olan binalar bu ad altında söküldü. Bu gün bizim Bakıda kənd təsərrüfatı məhsullarının satışını təşkil etməyə problemimiz yoxdur. Ancaq bunun üçün bizə satış yeri lazımdır. Sadəcə, biz bu satışı müasir standartlara uyğun şəkildə etməyi planlaşdırırıq” Eldar Quliyev hazırda Kənd Təssərrüfatı Nazirliyi tərəfindən təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkası barədə belə deyib: “Düzdür, belə yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilir. Amma gəlin baxaq, həmin yarmarkalarda lazımi şərait varmı? Payızda, qışda qarın, yağışın altında, yayda isə 40 dərəcə istinin altında ərzaq məhsulları satılır. Hamıya məlumdur ki, yay aylarında ərzaqdan zəhərlənmə halları artır. Bunu qarşısının alınması ilk növbədə yaxşı şəraitdən keçir. Biz isə elə yerlər istərdik ki, qışda isti, yayda sərin olsun”. Deputat deyib ki, “Azərİttifaq” həm Nazirlər Kabinetinə, həm də İqtisadi İnkişaf  Nazirliyinə belə bir təklif verib ki, ya Bakı Şəhər İcra Hakimiyyəti, ya da İqtisadi İnkişaf  Nazirliyinin nəzdində ona yer ayrılsın: “Biz də həmin yeri avadanlıqla təchiz edək. Sonra isə kənd təsərrüfatı məhsulları gətirək. Dövlətin nəzarəti altında həmin məhsulların satışını təşkil edək. Digər tərəfdən, kənd təsərrüfatı məhsullarını istehsal edənlərin özlərinə də bu bazarda məhsullarının satışı üçün şərait yarada biılərik”. 

E.Quliyev deyib ki, hələlik “Azərittifaq”ın müraciətinə cavab yoxdur. “Burada yerin ayrılması məsələsi var. Bu gün Bakıda tikilən mənzillərin 15 faizi Bakı Şəhər İcra Hakimiyətinin mənzil fonduna verilir. İcra hakimiyyəti bir neçə binada birinci mərtəbəni götürsün. Onu yarmarka edək. Bu yarmarka onların nəzdində qalsın. İcarə pulunu da verməyə hazırıq. Bu praktika dünyanın bir neçə ölkəsində var. Eldar İbrahimov da bu məsələni qaldırıb ki, hansısa şəkildə dəstək lazımdır. Bu həm də bazara yararlı məhsulların gətirilməsinə çıxara bilər. İnanın ki, Azərbaycan bazarlarına gətirilən kənd təsərrüfatı məhsullarının əksəriyətinin  mənşəyi məlum deyil və heç bir yerdə yoxlamadan keçirilmir. Sertfikatı olmayan mallar satılır. Bunun nəticəsidir ki, hətta bu gün toylarda da insanlar ərzaq məhsullarından zəhərlənirlər”.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir