Modern.az

Yazıçılar bəyəndiklləri ədəbi tərcüməçilərin ADLARINI çəkdilər - SİYAHI

Yazıçılar bəyəndiklləri ədəbi tərcüməçilərin ADLARINI çəkdilər - SİYAHI

8 Yanvar 2013, 15:08


Modern.az
Azərbaycan ədəbiyyatının ən uğurlu tərcüməçiləri və ümumiyyətlə, tərcümə məsələləri barədə sorğu keçirib. Tanınmış yazarların iştirak etdiyi sorğunu sizlərə təqdim edirik.

Yaşar (yazıçı): “Hazırkı tərcümə işini qənaətbəxş saymıram. Hər kəsin tərcümə ilə məşğul olması da düzgün deyil. Çünki tərcümənin özü yazıçılıq, şairlik qədər yaradıcı bir sahədir. Əvvəllər hər bir yeni tərcümə əsəri bizdə ədəbi hadisəyə çevrilirdi. İndi isə dünya ədəbiyyatının ən yaxşı nümunəsini tərcümə edəndə belə lazımı effekt alınmır. Afaq Məsud və Əkrəm Əylislinin tərcümələrini bəyənirəm”.

Aydın Xan Əbilov (yazıçı-kulturoloq): “Peşəkar mütərcimlər baxımından söz-düşüncə sənətimizin bəxti bir o qədər də gətirməyib. O mənada azsaylı peşəkar mütərcimlər varımızdır ki, orijinaldan tərcümələr edib. Əziz Şərif, Ziya Bünyadov, Rəhim Sultanov, Vilayət Quliyev, Pənah Xəlilov, Vilayət Hacıyev, Anar, Əkbər Ağayev, Mübariz Əlizadə, Hamlet Qoca, Siyavuş Məmmədzadə, Beydulla Musayev, Zeydulla Ağayev, Sabir Mustafayev, Mikayıl Rəfili, Vladimr Qafarov, Mikayıl Rzaquluzadə, Məmmədağa Sultanov, Elçin, Xəlil Rza Ulutürk, Hüseyn Şərif, Nəriman Əbdürrəhmanlı, Kamran Nəzirli, Yaşar, Cavanşir Yusifli, İlqar Fəhmi, Səlim Babullaoğlu kimi istedadlı mütərcimlərimiz olsa da, davamlı olaraq sırf tərcümə yaradıcılığı ilə məşğul olub böyük ədəbi uğurlar qazanan qələm adamımız çox azdır...".

Varis (yazıçı): “Əfsus ki xüsusən nəsrdə indi hər yerindən duran tərcüməylə məşğuldur. Hamı ruscadan tərcümə edir. Çox bərbad, biabırçı tərcümələr kitab bazarını bürüyüb. Səlim Babullaoğlunun tərcümələrini yüksək qiymətləndirirəm”..

Nəriman Əbdürrəhmanlı (yazar-tərcüməçi): “Vilayət Hacıyev, Etimad Başkeçid, Zahid Sarıtorpaq, Cavanşir Yusifli, Yaşar bəyəndiyim tərcüməçilərdir”.

Qəşəm Nəcəfzadə (şair): “Səyavuş Məmmədzadə, Nicat Məmmədov, Səlim Babullaoğlu”.

Əziz Rzazadə (yazar-tərcüməçi): “Cavanşir Yusiflinin tərcümələrini çox bəyənirəm. Onun tərcüməsində “Ətriyyatçı” romanını və fransız ədəbiyyatından “Royal arxasında” əsərini oxumuşam. Səlim Babullaoğlu sayəsində dünya ədəbiyyatının bir sıra ədəbi inciləri ilə tanış olmuşuq. Hamlet Qocanın tərcümələrini yüksək qiymətləndirirəm. Sonuncunun fransız ədəbiyyatından tərcümələri əvəzsizdir”.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?