Modern.az

Körpələr ana dilini ana bətnində öyrənir

Körpələr ana dilini ana bətnində öyrənir

İqtisadiyyat

9 Yanvar 2013, 09:11

Dil öyrənmək ana bətnində başlayır. Araşdırmaya görə, körpələr doğulduqdan sadəcə bir neçə saat sonra ana dil və xarici dil arasındakı fərqi başa düşə bilir. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, amerikalı və isveçli alimlər bu barədə araşdırma aparıblar. Körpənin ana bətnində ana dilini mənimsəməyə başladığını vurğulayan elm adamları körpələr üzərində apardıqları araşdırma ictimaiyyətə açıqlayıblar. Yarısı oğlan, yarı da qız 80 körpəyə analarının ana dili olan ingilis və ya İsveç dili dinlədilib. Bu səsləri eşidərkən uşaqların diqqətləri kompüterə bağlı olan əmziyi sorma vaxtına görə dəyərləndirilib. Araşdırma nəticəsində məlum olub ki, körpələr ana dilini əcnəbi dildən daha yaxşı duya bilirlər.

Araşdırma ''Acta Pædiatrica'' jurnalında yayımlanıb.

 

Sevinc

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi