Modern.az

Rəbiyyət Aslanova İlham Rəhimovdan boşandığını təsdiqlədi - EKSKLÜZİV

Rəbiyyət Aslanova İlham Rəhimovdan boşandığını təsdiqlədi - EKSKLÜZİV

9 Yanvar 2013, 10:55

Bu günlərdə Azərbaycanda Putinin dostu kimi tanınan iş adamı İlham Rəhimovla milllət vəkili, parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın boşandığı barədə məlumat yayılıb. Bəzi xəbər saytları əvvəlcə bu məlumatı yaysalar da, sonradan təkzib edənlər də oldu.

Modern.az saytı məsələyə aydınlıq gətirmək üçün millət vəkili Rəbiyyət Aslanovanın özü ilə əlaqə saxladı. Xanım deputatın sualımıza cavabı qısa oldu:

“Eşitdiyiniz bu məlumat həqiqətə uyğundur. Əlavə şərhə ehtiyac duymuram”.

Qeyd edək ki, iş adamı İlham Rəhimov və millət vəkili Rəbiyyət Aslanova ötən ilin birinci yarısında ailə həyatı qurmuşdular.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir