20 yanvar 2018, Şənbə
Ana Səhifə - REPORTAJ - Ermənilərin gözü qarşısında düşmən bayrağına tüpürən azərbaycanlı əsir...
Ermənilərin gözü qarşısında düşmən bayrağına tüpürən azərbaycanlı əsir...
24.10.2017, 09:22

Erməni bayrağına tüpürüb, Azərbaycan bayrağını öpdüyünə görə, onu armaturla huşunu itirənəcən döymüşdülər...

Modern.az saytı əsirlikdə ermənilərə boyun əyməyən keçmiş döyüşçünün qısa həyat hekayətini təqdim edir. Bu gün - 24 oktyabr onun doğum günüdür... 


İlqar Mehdiyev Cəbrayıl rayonunun başının üstünü “qara buludlar” aldığı ilk gündən silaha sarılıb. 90-cı illərin əvvəllərində Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi işləyən İlqar Mehdiyev könüllülərdən təşkil olunmuş “Ziyalı” taborunun ən fəal üzvlərindən biri olub. Gündüzlər şəhər əhalisinin qayğıları ilə məşğul olan İlqar müəllim axşamlar Cəbrayılın düşmənlə sərhəddə - ermənilər yaşayan keçmiş Hadrut rayonu ilə üzbəüz yerləşən kəndlərində doğma yurdun müdafiəsində dayanıb. İlqar Mehdiyev 1993-cü il avqust ayının 23-də ermənilərə əsir düşüb. O, işğal zamanı xəstə və qocaları Cəbrayıl şəhərindən çıxarmaq istəyərkən yaralanaraq, düşmənin əlinə keçib.

“Tüpür bu bayrağa!”

Beyləqan rayon sakini Yusif Şəfiyev İlqar Mehdiyevlə eyni gündə əsir düşüb. Cəbrayıl şəhərindəki Yağ-pendir zavodunun qarşısında düşmənin əlinə keçən Yusif həkim İlqar Mehdiyevi ilk dəfə həmin gün görüb. Yusif Şəfiyev 1997-ci ildə işıq üzü görmüş “Qarabağın İlqarı” adlı kitabda həmin hadisəni belə təsvir edir:


“Ermənilər bizim maşını ələk-vələk eləyəndən, üst-başımı bir neçə dəfə yoxlayandan sonra məni darvazadan içəri apardılar. İçəridə kiçik gözətçi binası tikilmişdi. Onun iki mişar daşı hündürlüyündə xırda pilləkəni var idi. Pilləkənin yanında adlarını yenicə öyrəndiyim Üzeyir və İlqar adlı iki oğlan dayanmışdı. Mən bu adamları əvvəllər heç bir yerdə görməmişdim. Elə oldu ki, mən İlqarın sağ tərəfində dayandım. İlqar boyca bizdən hündür və enlikürək idi. O, pilləkənin yuxarısında dayanmışdı. Erməni əsgərləri Üzeyirin gözlərini və əllərini arxadan bağladılar. Bizə hələ toxunmamışdılar. Bu vaxt gördüm ki, Azərbaycanın üçrəngli bayrağını binanın üstündən çıxarıb, sürüyə-sürüyə bizə tərəf gətirdilər. Beş-altı erməni döyüşçüsü bizi mühasirəyə almışdı. Bayrağı gətirən erməni bizə yaxınlaşdı. Üzbəüz dayandıq. O, qəzəblə İlqara dedi: “Tüpür bu bayrağa!”. Ermənilər İlqarın vəzifəli şəxs olduğunu bildikləri üçün bu fikrə düşmüşdlər. İlqar özünü itirmədi. O, bir az aşağı əyilərək, bayrağı iki əlilə tutdu, sonra isə yuxarı qaldırdı və öpdü. Bundan sonra İlqar dönüb Cəbrayıl şəhərinə baxdı. Mən heyrətimdən yerimdə donub qalmışdım. İlqarın bu cəsarəti erməniləri də heyrətə salmışdı. Bu zaman bayrağın yanında dayanmış yekəpər bir erməni avtomatın qundağı ilə iki dəfə İlqarın sinəsinə güclü zərbə vurdu. Zərbənin təsiri ilə İlqarın kürəyi divara dəysə də, o, yıxılmadı. Bundan sonra ermənilər İlqarın üstünə tökülüşüb, onu döyməyə başladılar. Üzeyirin gözləri bağlı olduğundan ölüm ayağında İlqarın necə cəsarət göstərdiyini görə bilməzdi. Ancaq o, ermənilərin İlqarı necə döydüklərini hiss edirdi. Birinci dəfə idi ki, ermənilərin vəhşlliliyini görürdüm...”.          
                                          

Şuşa türməsində işgəncə...

İlqar Mehdiyevi bir müddət Hadrutda saxladıqdan sonra digər əsir və girovlarla birlikdə Şuşa türməsinə göndəriblər. İlqar burda ağlasığmaz işgəncələrə məruz qalsa da, bütün sınaqlardan üzüağ çıxıb. Əmisi oğlu Azər Mehdizadə deyir ki, Şuşa türməsində olarkən ermənilər ikinci dəfə İlqarın iradəsini sınağa çəkiblər:


“İlqarla əsirlikdə olanlar danışırdılar ki, bir gecə əlisilahlı iki erməni onu yatdığı yerdən qaldırıblar, sonra onları işıqlı bir kabinetə aparıblar. Otaqda üç nəfər erməni olub. Onlar əvvəlcə İlqara çay və siqaret təklif ediblər. Amma İlqar ermənilərin bu təklifindən boyun qaçırıb. Ermənilərin birinin əlində videokamera olub. O, digər iki erməninin İlqarla söhbətini lentə alırmış. Yüksək rütbəli erməni zabiti İlqara müharibənin ermənilərin qələbəsi ilə başa çatdığını, Dağlıq Qarabağın müstəqilliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanındığını deyib. Sonra isə İlqara təklif edib ki, o da qondarma respublikanın müstəqilliyi haqda danışsın. İlqar ermənilərin onun fikirlərindən təbliğat məqsədilə istifadə edəcəklərini başa düşdüyü üçün onların təklifini rədd edib. Həmin erməni zabiti israr edəndə isə İlqar belə cavab verib: “Mən oyuncaq respublikanı tanımıram və tanımaq da istəmirəm”.
Bu vaxt həmin erməni əlindəki tapançanın qundağı ilə İlqarın gicgahına ağır zərbə endirib. İlqar üç gündən bəri ac-susuz olduğu üçün müvazinətini saxlaya bilməyərək, yerə yıxılıb. Sonra otaqdakı ermənilər İlqarın üstünə tökülüşərək, onu təpikləməyə başlayıblar. Ermənilər onu huşunu itirənə kimi döyüblər...”.

Erməni bayrağına tüpürüb

Şuşa türməsindən Xankəndi türməsinə göndərilməsi İlqar Mehdiyevin vəziyyətini bir qədər də ağırlaşdırıb. Ermənilər Şuşa türməsindəki hadisədən sonra İlqara daha ağır işgəncələr verməyə başlayıblar. Xankəndində onu tez-tez döyür, günlərlə ac saxlayırmışlar. Xankəndi türməsində olanda ermənilər İlqarın iradəsini üçüncü dəfə sınağa çəkiblər. Onlar üç gündən bəri ac saxladıqları əsirləri bir gün açıq havada sıraya düzüblər. Əsirlərin dayandığı sıranın qarşısında Azərbaycan və Ermənistan bayraqları yanaşı asılıbmış. Bayraqların yanında isə ağzına kimi yeməklə dolu olan qazan buğlanırmış. Yekəpər bir erməni əsirlərə Azərbaycan dilində müraciət edib: “Kim gəlib erməni bayrağını öpüb, Azərbaycan bayrağına tüpürsə, ona doyunca yemək verib, sonra isə azad edəcəyik”. Həmin vaxt saqqalı bir erməni əlindəki videokamera ilə əsirləri lentə alırmış. Ermənilərin məqsədini başa düşən İlqar Mehdiyev cəld irəli çıxır. Ermənilər elə başa düşürlər ki, azərbaycanlı əsir onların dediyini edəcək. İlqar isə əvvəlcə Azərbaycan bayrağının qarşısında diz çöküb, onu öpür. Sonra isə erməni bayrağına tüpürüb, onu tapdalamağa başlayır. Ermənilər əvvəlcə özlərini itirsələr də, bir neçə saniyə sonra İlqarın üstünə hücum edib, onu armaturla döyürlər. İlqarın bir neçə dişi qırılır, ağzı qanla dolur. O, zərbələrin təsirilə yerdə qıvrılsa da, bir təhər özündə güc tapıb, ağzındakı qanı da erməni bayrağının üstünə tüpürür. Bundan sonra ermənilər onu daha bərk döyməyə başlayırlar. Amma İlqarın adı Beynəlxaq Qırmızı Xaç Cəmiyyətinin siyahısında olduğu üçün onu öldürməyə cəsarət etmirlər. Buna baxmayaraq, düşmən İlqar Mehdiyevin iki dəfə erməni bayrağına tüpürməsini cəzasız qoymur. Onlar ertəsi gün iynə ilə İlqarın bədəninə zəhərli maye yeridərək, onun ölümünü bir qədər də sürətləndirirlər. İlqar Mehdiyevin bu qəhrəmanlığını sonradan əsirlikdən qayıdan azərbaycanlılar danışıblar.

Son söz əvəzi

İlqar Mehdiyev Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səyi ilə 1996-ci il may ayının 10-da əsirlikdən azad olunur. Bir neçə ay davam edən müalicə prosesi İlqarın ömrünü uzatmaq üçün yetərli olmur. Əsirlikdə dəhşətli işgəncələr görmüş, ağır bədən xəsarətləri almış və qanına zəhərli maddə yeridilmiş İ.Mehdiyev 1997-ci il fevral ayının 5-də yaşadığı Sumqayıt şəhərində dünyasını dəyişir.
Əsirlikdə olduğu 3 il ərzində ermənilər İlqarın bütün orqanlarını sıradan çıxarsalar da, bircə canındakı vətən sevgisini zədələyə bilməmişdilər...




Seymur VERDİZADƏ


Dost
09.01.2013, 02:52

Allah rehmet elesin sene, Ilqar! Yaziya gore chox sagh olun, Seymur bey!

vuqar
09.01.2013, 03:40

allah butun sehidlerimize rehmet elesin!gebirleri nurla dolsun!allah hammimizin komeyi olsun,amin!

Zaur
09.01.2013, 04:32

Allah şəhid vətən övladına rəhmət eləsin!Hörmətli Seymur bəy,qəhrəman oğullarımız haqda yazılarınızı müntəzəm olaraq izləyirəm.Yazılarınız təqdirə layiqdir.Bu işdə sizə uğurlar ....

Taryel
09.01.2013, 05:32

Allah rehmet elesin. Qebri nurla dolsun.

09.01.2013, 05:44

Oxudum, Çox duyğulandım. Gözlərim yaşardı. Bu cür qəhrəmanlıqları orta məktəb kitablarına salmaq lazımdır. Bizim İlqar və onun kimi qəhrəman bacı və qardaşlarımız olub. (indi də var). Allah yerlərin CƏNNƏT eləsin. Qəbirləri nurla dolsun!!!

mif
09.01.2013, 06:08

Allah rehmet etsin Azerbaycanin bele ogullari varmis ve indi de var

Bəxtiyar
09.01.2013, 06:18

Allah rəhmət etsin

Almaz Həsrət
09.01.2013, 06:39

Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

elshan
09.01.2013, 06:59

Allah rehmet eylesin.Qehremanlar hec vaxt yaddan cixmir.

Anar
09.01.2013, 07:25

Bele igid ogullarimiz haqqinda esidende, helede torpaqlarimizi azad edecek ogullarimizin olduguna sukur edirem...

Həmyerli
09.01.2013, 08:16

İlqar Mehdiyev Qeyrət partiyasının mərhum sədri Əşrəf Mehdiyevin qardaşı oğludur. Onlar nəsillikcə kişi adam olublar. Allah rəhmət eləsin

09.01.2013, 09:56

Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

Taleh
09.01.2013, 10:35

SENIN RUHUN QARWISINDA DIZ COKUB,BAW EYIREM.QEBRIN NURLA DOLSUN.

Mirzə
09.01.2013, 13:34

XI putin ordusu qəhrəmanlarımızın qəbirlərinidə sökəcəklər...İz qalmasın... 1920-ci ildə olduğu kimi!

Kenan
09.01.2013, 14:21

Allah rehmet elesin qebri nurla dolsun amin

Qalabey
09.01.2013, 15:04

ALLAH rahmet etsin. SHEHIDLERIMIZ bizi qisasa caqirir!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Məzahir Pənahov hesabat verməyən partiyalar haqda: “Kəskin mövqe tutmaq tezdir”
20.01.2018, 11:15

Məzahir Pənahov hesabat verməyən partiyalar haqda: “Kəskin mövqe tutmaq tezdir”

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı
20.01.2018, 11:11

MSK prezident seçkiləri ilə bağlı hazırlıqlara başladı

“Azneft”dəki yaşayış binasında yanğın lokallaşdırıldı
20.01.2018, 10:59

“Azneft”dəki yaşayış binasında yanğın lokallaşdırıldı

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək
20.01.2018, 10:52

Qida Təhlükəsizliyi Agentliyi bir neçə qurumun işini görəcək

Əli Əhmədov: “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir”
20.01.2018, 10:48

Əli Əhmədov: “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir”

Bakının mərkəzində yaşayış binası yanır - YENİLƏNİB
20.01.2018, 10:32

Bakının mərkəzində yaşayış binası yanır - YENİLƏNİB

Polisdən əməliyyat: axtarışda olan 16 nəfər saxlanıldı           
20.01.2018, 10:29

Polisdən əməliyyat: axtarışda olan 16 nəfər saxlanıldı          

Prezident və birinci xanım 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi
20.01.2018, 10:04

Prezident və birinci xanım 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi

Cəbhəboyu erməni təxribatı: şiddətli atışma oldu
20.01.2018, 09:36

Cəbhəboyu erməni təxribatı: şiddətli atışma oldu

Sərxoş adamın od vurduğu moteldə 5 nəfər öldü
20.01.2018, 09:34

Sərxoş adamın od vurduğu moteldə 5 nəfər öldü

Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı
20.01.2018, 09:21

Türkiyədə dəhşətli qəza: 13 ölü, 42 yaralı

Şəhriyar Məmmədyarov vahid liderdir
20.01.2018, 00:53

Şəhriyar Məmmədyarov vahid liderdir

Ölkədən 29  980 000 rubl çıxarılmasının qarşısı alınıb
20.01.2018, 00:35

Ölkədən 29  980 000 rubl çıxarılmasının qarşısı alınıb

“Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz”- Cümhuriyyət generalının oğlu
20.01.2018, 00:20

“Ağlaya-ağlaya zabitə dedim ki, məni atama görə niyə döyürsüz”- Cümhuriyyət generalının oğlu

20 Yanvar şəhidlərinin 28-ci ildönümü anılır
20.01.2018, 00:06

20 Yanvar şəhidlərinin 28-ci ildönümü anılır

Bakıda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - Video
19.01.2018, 23:54

Bakıda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi - Video

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
19.01.2018, 23:43

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır - MARAQLI
19.01.2018, 23:26

Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır - MARAQLI

Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib
19.01.2018, 23:09

Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsini təkzib edib

Kədərli hadisələrin fəsadlarından qorunmağın yolu – AMERİKALI ALİMLƏRİN QƏNAƏTİ
19.01.2018, 23:04

Kədərli hadisələrin fəsadlarından qorunmağın yolu – AMERİKALI ALİMLƏRİN QƏNAƏTİ

Mahaçqala meri saxlanıldı
19.01.2018, 22:58

Mahaçqala meri saxlanıldı

Moskvada azərbaycanlı jurnalist vəfat edib
19.01.2018, 22:46

Moskvada azərbaycanlı jurnalist vəfat edib

Qəssabdan qaçan öküz yaşlı qadını vurdu
19.01.2018, 22:37

Qəssabdan qaçan öküz yaşlı qadını vurdu

Danimarkada
19.01.2018, 22:20

Danimarkada "Palmali"ya məxsus tanker saxlanıldı  

Bakıdakı zəncirvari qəzada xəsarət alanların kimliyi bilindi - Yenilənib
19.01.2018, 22:06

Bakıdakı zəncirvari qəzada xəsarət alanların kimliyi bilindi - Yenilənib

NASA və ABŞ nüvə reaktoru hazırlayırlar
19.01.2018, 21:53

NASA və ABŞ nüvə reaktoru hazırlayırlar

Meksikada güclü zəlzələ
19.01.2018, 21:39

Meksikada güclü zəlzələ

İstintaq təcridxanalarında saxlanılanların sayı 24 faizədək azalıb
19.01.2018, 21:26

İstintaq təcridxanalarında saxlanılanların sayı 24 faizədək azalıb

Votsapdan daha bir yenilik
19.01.2018, 21:12

Votsapdan daha bir yenilik

Kriptovalyuta bazarı ilə bağlı illik PROQNOZ
19.01.2018, 20:57

Kriptovalyuta bazarı ilə bağlı illik PROQNOZ

Hava şəraiti Cocuq Mərcanlıya köçürməni ləngidir
19.01.2018, 20:30

Hava şəraiti Cocuq Mərcanlıya köçürməni ləngidir

Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb
19.01.2018, 20:16

Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb

Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlandı
19.01.2018, 20:03

Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlandı

Tuneldə qalan qatar çıxarıldı: metroda gecikmələr isə qalır
19.01.2018, 19:51

Tuneldə qalan qatar çıxarıldı: metroda gecikmələr isə qalır

Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı
19.01.2018, 18:53

Qoada hərəkət iflic oldu - Taksi sürücüləri tətilə çıxdı

ARXİV
SORĞU
Hansı şirkətlər sosial layihələrə dəstək verir, xeyriyyəçilik edir?
BP Azərbaycan(39.1%)
SOCAR(17.3%)
Azersun Holding(13.0%)
Azercell(4.34%)
Bakcell(17.3%)
Nar mobile(0%)
Gilan Holdinq(4.34%)
Nurgun Group(0%)
Paşa Holding(4.34%)
Akkord(0%)