22 sentyabr 2018, Şənbə
Ana Səhifə - REPORTAJ - Ermənilərin gözü qarşısında düşmən bayrağına tüpürən azərbaycanlı əsir...
Ermənilərin gözü qarşısında düşmən bayrağına tüpürən azərbaycanlı əsir...
24.10.2017, 09:22

Erməni bayrağına tüpürüb, Azərbaycan bayrağını öpdüyünə görə, onu armaturla huşunu itirənəcən döymüşdülər...

Modern.az saytı əsirlikdə ermənilərə boyun əyməyən keçmiş döyüşçünün qısa həyat hekayətini təqdim edir. Bu gün - 24 oktyabr onun doğum günüdür... 


İlqar Mehdiyev Cəbrayıl rayonunun başının üstünü “qara buludlar” aldığı ilk gündən silaha sarılıb. 90-cı illərin əvvəllərində Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəsi işləyən İlqar Mehdiyev könüllülərdən təşkil olunmuş “Ziyalı” taborunun ən fəal üzvlərindən biri olub. Gündüzlər şəhər əhalisinin qayğıları ilə məşğul olan İlqar müəllim axşamlar Cəbrayılın düşmənlə sərhəddə - ermənilər yaşayan keçmiş Hadrut rayonu ilə üzbəüz yerləşən kəndlərində doğma yurdun müdafiəsində dayanıb. İlqar Mehdiyev 1993-cü il avqust ayının 23-də ermənilərə əsir düşüb. O, işğal zamanı xəstə və qocaları Cəbrayıl şəhərindən çıxarmaq istəyərkən yaralanaraq, düşmənin əlinə keçib.

“Tüpür bu bayrağa!”

Beyləqan rayon sakini Yusif Şəfiyev İlqar Mehdiyevlə eyni gündə əsir düşüb. Cəbrayıl şəhərindəki Yağ-pendir zavodunun qarşısında düşmənin əlinə keçən Yusif həkim İlqar Mehdiyevi ilk dəfə həmin gün görüb. Yusif Şəfiyev 1997-ci ildə işıq üzü görmüş “Qarabağın İlqarı” adlı kitabda həmin hadisəni belə təsvir edir:


“Ermənilər bizim maşını ələk-vələk eləyəndən, üst-başımı bir neçə dəfə yoxlayandan sonra məni darvazadan içəri apardılar. İçəridə kiçik gözətçi binası tikilmişdi. Onun iki mişar daşı hündürlüyündə xırda pilləkəni var idi. Pilləkənin yanında adlarını yenicə öyrəndiyim Üzeyir və İlqar adlı iki oğlan dayanmışdı. Mən bu adamları əvvəllər heç bir yerdə görməmişdim. Elə oldu ki, mən İlqarın sağ tərəfində dayandım. İlqar boyca bizdən hündür və enlikürək idi. O, pilləkənin yuxarısında dayanmışdı. Erməni əsgərləri Üzeyirin gözlərini və əllərini arxadan bağladılar. Bizə hələ toxunmamışdılar. Bu vaxt gördüm ki, Azərbaycanın üçrəngli bayrağını binanın üstündən çıxarıb, sürüyə-sürüyə bizə tərəf gətirdilər. Beş-altı erməni döyüşçüsü bizi mühasirəyə almışdı. Bayrağı gətirən erməni bizə yaxınlaşdı. Üzbəüz dayandıq. O, qəzəblə İlqara dedi: “Tüpür bu bayrağa!”. Ermənilər İlqarın vəzifəli şəxs olduğunu bildikləri üçün bu fikrə düşmüşdlər. İlqar özünü itirmədi. O, bir az aşağı əyilərək, bayrağı iki əlilə tutdu, sonra isə yuxarı qaldırdı və öpdü. Bundan sonra İlqar dönüb Cəbrayıl şəhərinə baxdı. Mən heyrətimdən yerimdə donub qalmışdım. İlqarın bu cəsarəti erməniləri də heyrətə salmışdı. Bu zaman bayrağın yanında dayanmış yekəpər bir erməni avtomatın qundağı ilə iki dəfə İlqarın sinəsinə güclü zərbə vurdu. Zərbənin təsiri ilə İlqarın kürəyi divara dəysə də, o, yıxılmadı. Bundan sonra ermənilər İlqarın üstünə tökülüşüb, onu döyməyə başladılar. Üzeyirin gözləri bağlı olduğundan ölüm ayağında İlqarın necə cəsarət göstərdiyini görə bilməzdi. Ancaq o, ermənilərin İlqarı necə döydüklərini hiss edirdi. Birinci dəfə idi ki, ermənilərin vəhşlliliyini görürdüm...”.          
                                          

Şuşa türməsində işgəncə...

İlqar Mehdiyevi bir müddət Hadrutda saxladıqdan sonra digər əsir və girovlarla birlikdə Şuşa türməsinə göndəriblər. İlqar burda ağlasığmaz işgəncələrə məruz qalsa da, bütün sınaqlardan üzüağ çıxıb. Əmisi oğlu Azər Mehdizadə deyir ki, Şuşa türməsində olarkən ermənilər ikinci dəfə İlqarın iradəsini sınağa çəkiblər:


“İlqarla əsirlikdə olanlar danışırdılar ki, bir gecə əlisilahlı iki erməni onu yatdığı yerdən qaldırıblar, sonra onları işıqlı bir kabinetə aparıblar. Otaqda üç nəfər erməni olub. Onlar əvvəlcə İlqara çay və siqaret təklif ediblər. Amma İlqar ermənilərin bu təklifindən boyun qaçırıb. Ermənilərin birinin əlində videokamera olub. O, digər iki erməninin İlqarla söhbətini lentə alırmış. Yüksək rütbəli erməni zabiti İlqara müharibənin ermənilərin qələbəsi ilə başa çatdığını, Dağlıq Qarabağın müstəqilliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanındığını deyib. Sonra isə İlqara təklif edib ki, o da qondarma respublikanın müstəqilliyi haqda danışsın. İlqar ermənilərin onun fikirlərindən təbliğat məqsədilə istifadə edəcəklərini başa düşdüyü üçün onların təklifini rədd edib. Həmin erməni zabiti israr edəndə isə İlqar belə cavab verib: “Mən oyuncaq respublikanı tanımıram və tanımaq da istəmirəm”.
Bu vaxt həmin erməni əlindəki tapançanın qundağı ilə İlqarın gicgahına ağır zərbə endirib. İlqar üç gündən bəri ac-susuz olduğu üçün müvazinətini saxlaya bilməyərək, yerə yıxılıb. Sonra otaqdakı ermənilər İlqarın üstünə tökülüşərək, onu təpikləməyə başlayıblar. Ermənilər onu huşunu itirənə kimi döyüblər...”.

Erməni bayrağına tüpürüb

Şuşa türməsindən Xankəndi türməsinə göndərilməsi İlqar Mehdiyevin vəziyyətini bir qədər də ağırlaşdırıb. Ermənilər Şuşa türməsindəki hadisədən sonra İlqara daha ağır işgəncələr verməyə başlayıblar. Xankəndində onu tez-tez döyür, günlərlə ac saxlayırmışlar. Xankəndi türməsində olanda ermənilər İlqarın iradəsini üçüncü dəfə sınağa çəkiblər. Onlar üç gündən bəri ac saxladıqları əsirləri bir gün açıq havada sıraya düzüblər. Əsirlərin dayandığı sıranın qarşısında Azərbaycan və Ermənistan bayraqları yanaşı asılıbmış. Bayraqların yanında isə ağzına kimi yeməklə dolu olan qazan buğlanırmış. Yekəpər bir erməni əsirlərə Azərbaycan dilində müraciət edib: “Kim gəlib erməni bayrağını öpüb, Azərbaycan bayrağına tüpürsə, ona doyunca yemək verib, sonra isə azad edəcəyik”. Həmin vaxt saqqalı bir erməni əlindəki videokamera ilə əsirləri lentə alırmış. Ermənilərin məqsədini başa düşən İlqar Mehdiyev cəld irəli çıxır. Ermənilər elə başa düşürlər ki, azərbaycanlı əsir onların dediyini edəcək. İlqar isə əvvəlcə Azərbaycan bayrağının qarşısında diz çöküb, onu öpür. Sonra isə erməni bayrağına tüpürüb, onu tapdalamağa başlayır. Ermənilər əvvəlcə özlərini itirsələr də, bir neçə saniyə sonra İlqarın üstünə hücum edib, onu armaturla döyürlər. İlqarın bir neçə dişi qırılır, ağzı qanla dolur. O, zərbələrin təsirilə yerdə qıvrılsa da, bir təhər özündə güc tapıb, ağzındakı qanı da erməni bayrağının üstünə tüpürür. Bundan sonra ermənilər onu daha bərk döyməyə başlayırlar. Amma İlqarın adı Beynəlxaq Qırmızı Xaç Cəmiyyətinin siyahısında olduğu üçün onu öldürməyə cəsarət etmirlər. Buna baxmayaraq, düşmən İlqar Mehdiyevin iki dəfə erməni bayrağına tüpürməsini cəzasız qoymur. Onlar ertəsi gün iynə ilə İlqarın bədəninə zəhərli maye yeridərək, onun ölümünü bir qədər də sürətləndirirlər. İlqar Mehdiyevin bu qəhrəmanlığını sonradan əsirlikdən qayıdan azərbaycanlılar danışıblar.

Son söz əvəzi

İlqar Mehdiyev Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin səyi ilə 1996-ci il may ayının 10-da əsirlikdən azad olunur. Bir neçə ay davam edən müalicə prosesi İlqarın ömrünü uzatmaq üçün yetərli olmur. Əsirlikdə dəhşətli işgəncələr görmüş, ağır bədən xəsarətləri almış və qanına zəhərli maddə yeridilmiş İ.Mehdiyev 1997-ci il fevral ayının 5-də yaşadığı Sumqayıt şəhərində dünyasını dəyişir.
Əsirlikdə olduğu 3 il ərzində ermənilər İlqarın bütün orqanlarını sıradan çıxarsalar da, bircə canındakı vətən sevgisini zədələyə bilməmişdilər...




Seymur VERDİZADƏ


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Dost
09.01.2013, 11:52

Allah rehmet elesin sene, Ilqar! Yaziya gore chox sagh olun, Seymur bey!

vuqar
09.01.2013, 12:40

allah butun sehidlerimize rehmet elesin!gebirleri nurla dolsun!allah hammimizin komeyi olsun,amin!

Zaur
09.01.2013, 13:32

Allah şəhid vətən övladına rəhmət eləsin!Hörmətli Seymur bəy,qəhrəman oğullarımız haqda yazılarınızı müntəzəm olaraq izləyirəm.Yazılarınız təqdirə layiqdir.Bu işdə sizə uğurlar ....

Taryel
09.01.2013, 14:32

Allah rehmet elesin. Qebri nurla dolsun.

09.01.2013, 14:44

Oxudum, Çox duyğulandım. Gözlərim yaşardı. Bu cür qəhrəmanlıqları orta məktəb kitablarına salmaq lazımdır. Bizim İlqar və onun kimi qəhrəman bacı və qardaşlarımız olub. (indi də var). Allah yerlərin CƏNNƏT eləsin. Qəbirləri nurla dolsun!!!

mif
09.01.2013, 15:08

Allah rehmet etsin Azerbaycanin bele ogullari varmis ve indi de var

Bəxtiyar
09.01.2013, 15:18

Allah rəhmət etsin

Almaz Həsrət
09.01.2013, 15:39

Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

elshan
09.01.2013, 15:59

Allah rehmet eylesin.Qehremanlar hec vaxt yaddan cixmir.

Anar
09.01.2013, 16:25

Bele igid ogullarimiz haqqinda esidende, helede torpaqlarimizi azad edecek ogullarimizin olduguna sukur edirem...

Həmyerli
09.01.2013, 17:16

İlqar Mehdiyev Qeyrət partiyasının mərhum sədri Əşrəf Mehdiyevin qardaşı oğludur. Onlar nəsillikcə kişi adam olublar. Allah rəhmət eləsin

09.01.2013, 18:56

Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

Taleh
09.01.2013, 19:35

SENIN RUHUN QARWISINDA DIZ COKUB,BAW EYIREM.QEBRIN NURLA DOLSUN.

Mirzə
09.01.2013, 22:34

XI putin ordusu qəhrəmanlarımızın qəbirlərinidə sökəcəklər...İz qalmasın... 1920-ci ildə olduğu kimi!

Kenan
09.01.2013, 23:21

Allah rehmet elesin qebri nurla dolsun amin

Qalabey
10.01.2013, 00:04

ALLAH rahmet etsin. SHEHIDLERIMIZ bizi qisasa caqirir!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ermənistan silahlı qüvvələri atəşkəsi 112 dəfə pozub
22.09.2018, 09:35

Ermənistan silahlı qüvvələri atəşkəsi 112 dəfə pozub

ABŞ-da həyəcan TƏBİLİ: 2024-cü ildə ölkə müdafiəsiz qalacaq
22.09.2018, 09:11

ABŞ-da həyəcan TƏBİLİ: 2024-cü ildə ölkə müdafiəsiz qalacaq

Jurnalist qətlə yetirildi
22.09.2018, 09:02

Jurnalist qətlə yetirildi

Bu ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyəti genişləndirilib
22.09.2018, 08:56

Bu ölkədə fövqəladə vəziyyət rejiminin fəaliyyəti genişləndirilib

ABŞ-da "Florens" qasırğasının qurbanlarının sayı 43-ə çatıb
22.09.2018, 08:51

ABŞ-da "Florens" qasırğasının qurbanlarının sayı 43-ə çatıb

Tramp BMT-nin İranla bağlı iclasına sədrlik edəcək
22.09.2018, 00:59

Tramp BMT-nin İranla bağlı iclasına sədrlik edəcək

Törətmədiyi cinayətə görə 27 il cəza çəkən şəxs azadlığa çıxdı
22.09.2018, 00:43

Törətmədiyi cinayətə görə 27 il cəza çəkən şəxs azadlığa çıxdı

Hərbi təyyarə qəzaya uğradı: 2 ölü
22.09.2018, 00:22

Hərbi təyyarə qəzaya uğradı: 2 ölü

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi
22.09.2018, 00:04

Türkiyə ordusu bir həftədə  56 terrorçu zərərsizləşdirdi

Sumqayıtda kişi özünü damdan atmaq istədi, amma ...
21.09.2018, 23:51

Sumqayıtda kişi özünü damdan atmaq istədi, amma ...

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur
21.09.2018, 23:39

Jirinovski terrorçuları maliyyələşdirməkdə ittiham olunur

Xanımlar Putinə belə mane oldu - VİDEO
21.09.2018, 23:23

Xanımlar Putinə belə mane oldu - VİDEO

Şəmkirdə 18 yaşlı qız intihar etdi
21.09.2018, 23:11

Şəmkirdə 18 yaşlı qız intihar etdi

Şeyx Azərbaycan-Küveyt mənəvi əlaqələrini müzakirə etdi
21.09.2018, 22:57

Şeyx Azərbaycan-Küveyt mənəvi əlaqələrini müzakirə etdi

Bərə qəzasında ölənlərin sayı 136-ya çatdı: 4 günlük matəm
21.09.2018, 22:42

Bərə qəzasında ölənlərin sayı 136-ya çatdı: 4 günlük matəm

Azərbaycanda əməliyyat edilən xəstələrin sayı 3 dəfəyədək artıb
21.09.2018, 22:23

Azərbaycanda əməliyyat edilən xəstələrin sayı 3 dəfəyədək artıb

Nazir azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü
21.09.2018, 22:07

Nazir azərbaycanlı abituriyentlərin problemini nəzarətə götürdü

Türkiyə Almaniya ilə münasibətləri normallaşdırır
21.09.2018, 21:46

Türkiyə Almaniya ilə münasibətləri normallaşdırır

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi
21.09.2018, 21:23

Qurban Qurbanov FİFA-nın tədbirindən imtina etdi

Göylər kəndində yeni tibb məntəqəsi açıldı
21.09.2018, 21:09

Göylər kəndində yeni tibb məntəqəsi açıldı

Qubada taxta sexinin sahibi cərimələndi
21.09.2018, 20:57

Qubada taxta sexinin sahibi cərimələndi

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək
21.09.2018, 20:43

Bakıda Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin Forumu keçiriləcək

Bakıda NATO təlimləri - FOTOLAR
21.09.2018, 20:30

Bakıda NATO təlimləri - FOTOLAR

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi
21.09.2018, 20:16

Ədliyyə naziri Ağstafada vətəndaşların şikayətlərini dinlədi

Liviyadakı toqquşmalarda 11 dinc sakin öldürüldü   
21.09.2018, 20:04

Liviyadakı toqquşmalarda 11 dinc sakin öldürüldü  

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib
21.09.2018, 19:57

III Avropa Oyunlarına ev sahibliyi üçün namizədlərin qəbuluna start verilib

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib
21.09.2018, 19:45

“Anadroid”də səhv tapanlara 3 milyon dollardan çox mükafat verilib

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu
21.09.2018, 19:35

Bakıda daha bir ilk: bacı-qardaş dünya çempionu oldu

Avropa Liqasında ilk turun ən yaxşıları  - Foto
21.09.2018, 19:24

Avropa Liqasında ilk turun ən yaxşıları - Foto

Mərkəzi Bank dolların məzənnəsi barədə
21.09.2018, 19:14

Mərkəzi Bank dolların məzənnəsi barədə

Rihanna Barbadosun səfiri oldu
21.09.2018, 19:04

Rihanna Barbadosun səfiri oldu

Türkiyə prezidenti ABŞ-a gedir
21.09.2018, 18:53

Türkiyə prezidenti ABŞ-a gedir

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT
21.09.2018, 18:42

Mars ekspedisiyasının bütün üzvləri əzabla öləcəklər - HESABAT

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ
21.09.2018, 18:33

Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb
21.09.2018, 18:22

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlərlə bağlı qərarını açıqlayıb

ARXİV