Modern.az

Millət vəkilləri Almaniyaya gedirlər

Millət vəkilləri Almaniyaya gedirlər

24 Fevral 2010, 17:18

Milli Məclisin deputatları Almaniyaya gedirlər. Bu barədə Modern.az saytına Həvva Məmmədova məlumat verib. H.Məmmədovanın sözlərinə görə, o, deputat həmkarı Qənirə Paşayeva ilə birgə xarici ölkədə Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı tədbirə qatılacaq. “Almaniyada geniş tədbirlər planlaşdırılır. Bu səfər Milli Məclisin xətti ilə baş tutacaq. Sabah İstanbulda olacağıq və oradakı tədbirlərə qatılacağıq. Sonra Almaniyaya yola düşəcəyik. Almaniyada tədbirlər fevralın 26-27-də keçiriləcək”-deyə səfər öncəsi millət vəkili bildirib.

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?