Modern.az

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq əməkdaşlarını əsgərin öldüyü bölgəyə ezam etdi

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq əməkdaşlarını əsgərin öldüyü bölgəyə ezam etdi

10 Yanvar 2013, 18:33



Müdafiə Nazirliyi və Hərbi Prokurorluq Daşkəsəndəki “N” saylı hərbi hissəsində baş vermiş əsgər ölümü ilə bağlı birgə bəyanat yayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətə çağırılmış Ceyhun Zaman oğlu Qubadovun 7 yanvar 2013-cü il tarixdə ölümü ilə əlaqədar Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (Qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürülüb.

 Bununla əlaqədar Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədi ilə bölgəyə ezam olunub.

“Cinayət işi üzrə istintaq-əməliyyat qrupu tərəfindən qısa müddət ərzində tam, hərtərəfli istintaq aparılmaqla təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təmin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək”-deyə rəsmi məlumatda bildirilib..

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi