Modern.az

Sərkisyanın rəqibləri məlum oldu

Sərkisyanın rəqibləri məlum oldu

10 Yanvar 2013, 18:45

Ermənistanda keçiriləcək prezident seçkilərində 8 namizəd mübarizə aparacaq. Modern.az-ın erməni KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) rəsmi məlumat yayıb.

Bildirilib ki, builin fevral ayında keçiriləcək seçkilərdə 8 nəfər prezident postu uğrunda mübarisədə qoşulacaq. Bunlar hazırki prezident, Ermənistan Respublikaçılar Partiyasının sədri Serj Sərkisyan,  Miras Partiyasının sədri Raffi Ovanisyan, Erməni Milli Konqresindən ayrılan Azadlıq Partiyasının lideri Hrant Baqratyan,  müxalifətçi Paruyr Xayrikyan, qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş xarici işlər naziri Arman Melikyan, «Radio Hay» Ltd şirkətinin direktoru Andreas Qukasyan və əfsanə mütəxəssisi, müstəqil Vardan Sedrakyan və Aram Harutyunyandır.

Qeyd edək ki, Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. Seçkiqabağı kampaniya yanvarın 21-də başlayacaq və fevralın 16-da saat 00:00-da başa çatacaq.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı