Modern.az

Nəqliyyat Nazirliyi avtobuslarda kart sisteminin tətbiqinə başladı

Nəqliyyat Nazirliyi avtobuslarda kart sisteminin tətbiqinə başladı

11 Yanvar 2013, 09:49

“2013-cü ildən ictimai nəqliyyatda – şəhərdaxili avtobuslarda kart sisteminə keçid daha da sürətləndiriləcək. Bu işə start verilib, hazırlıq prosesi gedir”. Bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov deyib. Nazirlik rəsmisi bildirib ki, mart ayına qədər çox böyük hazırlıq prosesi gedəcək.
“Texniki məsələlər həll olunandan sonra ilin birinci yarısında kart sisteminin tətbiqi başlayacaq. Burada tək kartların quraşdırılması deyil, avtobuslarda turniketlərin quraşdırılması və bir sıra başqa işlər var. Bundan sonra onun digər funksional əlaqələrlə uzlaşdırılmasına başlanacaq”.

N.Həsənov qeyd edib ki, texniki işlər baxımından avtobuslarda kart sisteminə keçidin dəqiq vaxtını demək mümkün deyil. “Amma ilin ilk üç ayı sürətli hazırlıq prosesi gedəcək”.

Nazirlik rəsmisi həmin marşrutların nömrəsini açıqlamayıb. Modern.az-ın məlumatına görə, marşrutlardan biri 93 nömrəli xətt üzrə işləyən avtobuslar olacaq. Sabunçu qəsəbəsindən Avtovağzala işləyən marşrut bağlanan xətlərdəndir. Amma onun yenidən işə salınması gözlənilir.

Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir