Modern.az

İsa Qəmbər əsgər ölümündən yazdı

İsa Qəmbər əsgər ölümündən yazdı

11 Yanvar 2013, 10:25

Müsavat başqanı İsa Qəmbər Daşkəsəndəki “N” saylı hərbi hissədə döyülərək öldürüləm əsgər Ceyhun Qubadovla hakimiyyət təmsilçilərinin çıxışlarına ironik cavab verib. 3 ayın əsgərinin döyülərək öldürülməsinin mətbuatda və sosial şəbəkələrdə geniş miqyasda işıqlandırmaqla məsələnin siyasiləşdirildiyini hesab edən bəzi iqtidar nümayəndələrinə səslənən Müsavat başqanı hadisələri siyasiləşdirməyin onların işi olduğunu bəyan edib. Modern.az xəbər verir ki, İsa Qəmbər bu haqda facebook səhifəsində status paylaşıb.

“Siz siyasiləşdirməyin,  siyasiləşdirmək bizim işimiz”.

Qeyd edək ki, hazırda ölkə gündəminin əsas mövzusuna çevrilən əsgər Ceyhun Qubadov Daşkəsəndə qulluq etdiyi “N” saylı hərbi hissədə döyülərək öldürülməsidir. Faktlar bağlı cinayət işi açılıb.

Anar

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir