Modern.az

Ziyalılar Forumu da bəyanat verdi

Ziyalılar Forumu da bəyanat verdi

11 Yanvar 2013, 10:42

Azərbaycan Ziyalılar Forumu gənc əsgər, 18 yaşlı Ceyhun Qubadovun ölümü ilə bağlı bəyanat verib. Bəyanatda bildirlib ki, əsgər anasının faciəsi bütün xalqımız kimi, Ziyalılar Forumunun üzvlərinin də dərin hiddətinə səbəb olub.

Ziyalılar bildiriblər ki, təkcə 2012-ci ildə Azərbaycan Ordusunun itkilərinin sayı 97 nəfərə çatıb. Əsgər və zabitlərimizin böyük əksəriyyəti - 81 nəfəri qeyri-döyüş şəraitində həyatları ilə vidalaşıblar. Bu statistika Azərbaycan Ordusunda mövcud olan qeyri-insanı, intizamsız, şəxsiyyəti və ləyaqəti aşağılayıcı mühitin mövcudluğuna dəlalət edir.     

“Ziyalılar Forumu olaraq biz Azərbaycan siyasi rəhbərliyini- ərazisinin 20 faizi düşmən tərəfindən işğal olunmuş bir ölkənin ordu quruculuğuna məsul olan bütün vəzifəlilərini tarix və millət qarşısında siyasi məsuliyyətə dəvət edir və  Azərbaycan Ordusunda yaşanan bu rəzalətin qarşısını almaq üçün müqəssirlərin cinayət məsuliyyətinə cəlb edilməsi də daxil olmaqla bütün zəruri addimların atılmasını tələb edirik!”

Modern.az

               

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir