Modern.az

Semnebi:“Qarabağ münaqişəsi 2010-cu ildə həll olunacaq”

Semnebi:“Qarabağ münaqişəsi 2010-cu ildə həll olunacaq”

24 Fevral 2010, 19:04

Daha bir avropalı diplomat Dağlıq Qarabağ münaqişəsinin 2010-cu ildə həll olunacağına dair nikbin bəyanat verib. Modern.az xəbər veir ki,  bu gün Bakıda rəsmi görüşlər keçirən Avropa Birliyinin Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Piter Semnebi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra bəyan edib ki, Qarabağ münaqişəsinin həll olunması şansı yaranıb. “Məsələ ondadır ki, indi müəyyən şans yaranıb. Ötən il danışıqlar prosesində nəzərəçarpan proqres olub və indi bu şansı itirmək olmaz”,-deyə Semnebi bildirib. O, əlavə edib ki, “əgər indi Minsk qrupu həmsədrlərinin dəyişdyi bir vaxtda razılaşma şansı əldən çıxsa, onda belə bir imkanın yaranması üçün biz vaxt itirəcəyik”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi