Modern.az

“AŞPA-da Nemət Pənahlı, Əvəz Zeynallı, Nigar Yaqublunun məsələsi qaldırılacaq”

“AŞPA-da Nemət Pənahlı, Əvəz Zeynallı, Nigar Yaqublunun məsələsi qaldırılacaq”

11 Yanvar 2013, 11:18

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yanvarın 21-25-də Strasburqda keçiriləcək qış sessiyasında hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı iştirak edəcəklər. Bu barədə Modern.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. O bildirib ki, Azərbaycanla bağlı dinləmələrdə ilk növbədə, məruzəçi Ştrasserin hesabatı dinləniləcək.

“Çalışacağıq ki, Ştrasserin özü ilə görüşək, özü olmayan təqdirdə isə onun köməkçisi ilə görüşəcəyik. Daha sonra Ombudsman, Avropa Parlamentinin rəhbəri, AŞPA Monitorinq Komitəsinin sədri Andreas Herkellə görüşəcəyik. Azərbaycanla bağlı dinləmələr əsasən sonuncu əfv, ölkədə nə qədər siyasi məhbus qalması ətrafında müzakirələri əhatə edir. Nigar Yaqublu, Hilal Məmmədov, jurnalist Fuad Hüseynov, Əvəz Zeynallı, Nemət Pənahlının məsələlərinə baxılacaq. Bundan başqa, insan haqlarının durumu, Azərbaycanda söz azadlığı və s. məsələlərə toxunulacaq”, – deyə N. Cəfəroğlu bildirib.

Nihadə Eyyubova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi