Modern.az

“NATO-nun Bakıda keçiriləcək tədbirində qapalı danışıqlar istisna edilmir”

“NATO-nun Bakıda keçiriləcək tədbirində qapalı danışıqlar istisna edilmir”

11 Yanvar 2013, 11:36

“NATO-nun tədbirinin Bakıda keçirilməsini müsbət qiymətləndirirəm”. Bunu Modern.az-a açıqlamasında hərbi ekspert Cəsur Sümərənli deyib. Hərbi ekspert hesab edir ki, bu böyük konfransın Bakıda keçirilməsi aparılan danışıqlara uyğundur.

“Bu konfransların həm görünən, həm də görünməyən tərəfləri var. Görünən tərəfi ictimaiyyət üçün açıqdır. Amma görülməyən tərəfləri də mövcuddur ki, qapalı danışıqlar nəticəsində bir sıra məqamlarla bağlı razılaşmalar əldə olunur. Ona ümid etməliyik ki, konfrans çərçivəsində ali, siyasi rəhbərlik NATO ilə əməkdaşlıq çərçivəsində bir sıra məsələlərə dair nailiyyət əldə edəcək”.

C. Sümərənli bildirib ki, NATO ilə son dövrlərdə davam edən əməkdaşlığın əhəmiyyətli hissələrindən biri enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq prespektivləridir. Hərbi ekspert son iki ildə bununla bağlı tərəflər arasında çoxsaylı görüşlər keçirildiyini deyib:
“Həm ekspertlər, həm də siyasi rəhbərlik səviyyəsində bir sıra razılaşmalar əldə olunub. Sonuncu dəfə Azərbaycan prezidentinin ötən ilin əvvəllərində NATO baş qərargahına səfəri çərçivəsində bu istiqamətdə razılıq əldə olundu və prezident İlham Əliyev bununla bağlı Azərbaycan tərəfinin yardımçı ola biləcəyinə işarə etdi. Ötən il ərzində cərəyan edən proseslər ikitərəfli münasibətlər zamanı bir sıra məsələlər həll olundu. Azərbaycan NATO əməkdaşlığının digər istiqamətləri kimi də enerji təhlükəsizliyi sahəsində də əməkdaşlıq çox mühümdür. Bildiyimiz kimi, Azərbaycan Avropanın enerji təminatında çox ciddi rol oynayır. Müasir dünyada təhlükəsizlik deyilərkən enerji təhlükəsizliyi əsas quruluş kimi götürülür. Ötən 3 il ərzində bu istiqamətdə elədə ciddi nailiyyətlər əldə olunmayıb. Bir sıra məlumatlar var ki, NATO Azərbaycanın enerji resuslarının mühafizəsinə dəstək göstərə bilər. Hələlik bu istiqamətdə konkret nəticələr əldə olunmayıb. Fikrimcə, yaxın 2-3 il ərzində tərəflər bu istiqamətdə konkret nəticələrə nail olacaqlar. Düzdür, bu istiqamətdə İranın və Rusiyanın təzyiqi də var. Onlar istəmirlər ki, Azərbaycan tərəfi hər-hansı bir şəkildə NATO ilə əməkdaşlığı reallaşdırsın. Ümumilikdə hesab edirəm ki, bu proses müsbət istiqamətdə gedir və münasibətlərin dərinləşməsini gözləmək olar”.

Qeyd edək ki, Azərbaycanın NATO-dakı missiyasının rəhbəri, səfir Xəzər İbrahim “New Baku Post”a açıqlamasında bildirib ki, NATO ilk dəfə enerji təhlükəsizliyi, kibermüdafiə, terrorizimlə mübarizə məsələlərinə həsr olunan ən böyük konfransını bu ilin ortalarında Azərbaycanda keçirəcək. Bu konfransa NATO-dan yüksək səviyyəli rəsmilərin qatılacaq.

Anar Kəlbiyev

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir