Modern.az

Deputatın qızını Bakıda qarət edən oğrular hələ tapılmayıb

Deputatın qızını Bakıda qarət edən oğrular hələ tapılmayıb

11 Yanvar 2013, 13:50

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının qızını soyan şəxslə bağlı yenilik yoxdur.

Bir müddət əvvəl deputatı Fəzail Ağamalının qızı Günay Ağamalıya məxsus  “Hyundai” markalı maşından müəyyən miqdarda pul, mobil telefonlar və şəxsi əşyalar oğurlanmışdı. Baş vermiş hadisə ilə bağlı Nərimanov rayon Polis İdarəsinə məlumat verilmiş və faktla bağlı idarənin istintaq şöbəsində cinayət işi başlanmısdı. Amma oğurluq edən şəxsin kimliyini müəyyən etmək hələ ki mümkün olmayıb. Hadisədən bir müddət keçməsinə baxmayaraq, oğrular da  tapılmayıb.

Nərimanov rayon Polis İdarəsindən Modern.az-a verilən məlumata görə, işlə bağlı istintaq gedir. Polis idarəsindən saytımıza onu da bildiriblər ki, cinayət işi ilə bağlı axtarış aparılır. 

Məlumat üçün qeyd edək ki, G.Ağamalı “Buta” uşaq bağçasının müdiridir.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub