Modern.az

İqbal Ağazadə: “...Biz rəsmən namizədlik marafonuna qoşulacağıq” - AÇIQLAMA

İqbal Ağazadə: “...Biz rəsmən namizədlik marafonuna qoşulacağıq” - AÇIQLAMA

11 Yanvar 2013, 14:27

“Ümid Partiyası seçkilərlə bağlı bu ay müzakirəyə başlayacaq”. Bu barədə Modern.az-a partiya sədri, deputat İqbal Ağazadə məlumat verib. Millət vəkili seçkilərə qatılacağı haqda hələlik rəsmi qərarın olmadığını bildirərək, bu haqda gəzən söz-söhbətlərə aydınlıq gətirib.

“Bununla bağlı partiyanın rəsmi strukturlarının qərarı lazımdır. Yanvarın 29-da ümumrespublika müşavirəsində tövsiyəedici qərarı olub. Qərar bu ay ərzində Rəyasət Heyətində müzakirə olunacaq. Ali Məclis qurultaya bununla bağlı tövsiyə verəcək. Son qərar qurultayın olacaq. Yəqin ki, may ayına kimi qurultayımızı keçirəcəyik. Rəsmi qurumlar bununla bağlı qərar qəbul edəcəksə, biz rəsmən namizədlik marafonuna qoşulacağıq”, – deyə İ. Ağazadə vurğulayıb.

Partiya sədri daha sonra seçkilərə “Qarabağ” Bloku ilə qoşulub-qoşulmayacaqları haqda sualımızı cavablandırıb:

“Biz bu prosesə “Qarabağ” Bloku ilə qoşulmaq niyyətindəyik. Aramızda hər hansı fikir ayrılığı yoxdur. Qərarımızın “Qarabağ” Bloku ilə birgə olacağı daha çox gözləniləndir”.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir