Modern.az

Parlament partiyası: “Əsgər ölümləri ruh düşkünlüyü yaradır”

Parlament partiyası: “Əsgər ölümləri ruh düşkünlüyü yaradır”

Aktual

11 Yanvar 2013, 15:24

Demokratik İslahatlar Partiyası Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət etmiş, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovun dünyasını dəyişməsi ilə bağlı bəyanat yayıb.

«Milli ordumuzun əsgəri Ceyhun Qubadovun vəfatı ilə bağlı dolaşan xəbərlər bizi son dərəcə məyus edib. Müharibə aparan bir ölkənin əsgərinin xidmət zamanı müəmmalı şəkildə dünyasını dəyişməsi, Azərbaycan Silahlı Qüvvələrinin imicinə xələl gətirməklə yanaşı, ölkədə ruh düşkünlüyünün yaranmasına da səbəb olur. Ordu sıralarına çağırılan hər bir vətəndaşın orduya əminliklə getməsi, övladını orduya yola salan hər bir valideynin, onun oğlunun silahlı qüvvələrdə ölməyə deyil, yüksək hərbi biliklərə, fiziki sağlamlığa yiyələnəcəyindən əmin olması üçün bu cür hallar aradan qaldırılmalıdır”.

Partiya atəşkəs dövründə yüzlərlə  hərbi xidmətçinin dünyasını dəyişməsi faktı kifayət qədər təəssüfləndirici olduğunu bəyan edən partiya bildirib ki, bu əsgərlərin əksəriyyətinin ordudakı müəyyən problemlər və xəstəliklər səbəbindən dünyasını dəyişməsi də həyəcanverici amillərdəndir.
“Biz əsgər Ceyhun Qubadovun valideynlərinin oğullarının zorakı üsullarla qətlə yetirildiyi barədə iddialarının araşdırılmasını tələb edirik. Müvafiq dövlət orqanları bu hadisə ilə bağlı ciddi araşdırma aparmalı, günahkarlar cəzalandırılmalıdır”.


Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır