Modern.az

Azərbaycanın Fransadakı səfirliyində görüş keçirilib

Azərbaycanın Fransadakı səfirliyində görüş keçirilib

24 Fevral 2010, 22:14

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı 2010-cu ilin fevral ayının 24-28-də Fransanın paytaxtı Paris və Strasburq şəhərində silsilə tədbirlər həyata keçirir.

 

Qeyd edək ki, tədbirlərə qatılmaq üçün Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri  Qafar Əliyev, Milli Məclisin komissiya sədri Arif Rəhimzadə, Milli Məclisin üzvü Əkrəm Abdullayev, ATXƏM-in sədri İlham İsmayilov, "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov və ziyalılardan Nadir Orucov iştirak edirlər.

 

ATXƏM-dən Modern.az-a verilən məlumata görə, fevralın 24-də Azərbaycan nümayəndə heyəti Azərbaycanın Fransadakı səfirliyində səfir Elçin Əmirbəyov və Fransadakı diaspor nümayəndələriylə görüşüblər. Görüşdə Fransadakı diaspor təşkilatlarıyla birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Qərara alınıb ki, Azərbaycanın ümummilli məsələlərinin həll olunması və Azərbaycan həqiqətlərinin daha mütəşəkkil təbliğ olunması üçün birgə əməkdaşlıq səylərini gücləndirmək vacibdir. Görüşdə Azərbaycan nümayəndə heyəti Azərbaycan və Qarabağla bağlı 40-a yaxın (ingilis və fransız dilində) kitab və bukletləri səfirliyə təqdim ediblər.  

 

Qeyd edək ki, sabah fevralın 25-də Azərbaycan nümayəndə heyətinin üzvləri - Prezident Administrasiyasının sektor mudiri  Qafar Əliyev, Milli Məclisin komissiya sədri Arif Rəhimzadə və ATXƏM-in sədri İlham İsmayilov Strasburqda ITIRI-Yazılı və Sinxron tərcümə və Beynəlxalq Əlaqələr İnstitutunda "Azərbaycan Respublikasının Diaspora siyasəti, icrası və Azərbaycan Diasporasının əsas məsələləri (Qarabağ)" konfransına qatılacaqlar.

 

Azərbaycan nümayəndə heyətinin üzvləri Milli Məclisin üzvü Əkrəm Abdullayev, "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov və ziyalı Nadir Orucov isə fevralın 25-də Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın başlatdığı   ”Xocalıya Ədalət” Kompaniyası tədbirləri çərçivəsində Parisdə Fransadakı Azərbaycan səfirliyinin “French Degayl” otelində keçirəcəyi tədbirə qatılacaqlar. Tədbirdə Fransanın hökumət və ictimayyət nümayəndələri, Azərbaycan və Türk  diasporu rəhbərləri, tələbələr və ziyalılar iştirak edəcəkdir. 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?