Modern.az

Lalə Şövkət onların cəzalandırılmasını tələb etdi

Lalə Şövkət onların cəzalandırılmasını tələb etdi

11 Yanvar 2013, 16:52

Azərbaycan Liberal Partiyası Milli Ordumuzun əsgəri Ceyhun Qubadovun müəmmalı ölümü ilə bağlı bəyanat verib. Modern.az bildirir ki, ALP müəmmalı ölümü ilə bağlı ciddi narahat olduğunu bildirərərk Ceyhun Qubadovun ölümünün səbəbi rəsmi dairələrin təsdiq etdiyi kimi “ürək çatmazlığı” deyil, zorakılıq olduğunu bəyan edir.

“Əgər Ceyhun Qubadovun ölüm səbəbi ürək çatışmazlığı olsaydı belə onun həyatını itirməsinin əsl səbəbini xəstə gənci orduya çağırmış məmurların özbaşınalığında və laqeydliyində axtarmaq lazımdır. Əgər C.Qubadovun ölümünün əsl səbəbi doğrudan da "ürək çatışmazlığı"dırsa, sual olunur- xəstə gənc ordiya niyə çağrılıb?”

ALP əsgərlərimizin həyat təhlükəsizliyinin gercək təmin edilməsi üçün iqtidarı kompleks tədbirlər görməyə, əsgər həyatına laqeydliyə və orduda baş verən zorakılıqlara son qoymağa, C. Qubadovun ölümündə təqsirli şəxslərin müəyyən edilib, cəzalandırılmasına çağırıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi