Modern.az

Qənirə Paşayeva niyə hiddətləndi?

Qənirə Paşayeva niyə hiddətləndi?

11 Yanvar 2013, 17:28

Modern.az millət vəkili Qənirə Paşayevanın facebook sosial şəbəkəsində paylaşdığı yazını olduğu kimi təqdim edir:

Qeyrətli danosbazlarımiz iş bacarırkən,

Tənbəl, dəli şeytanları neylərdin, ilahi?!

Allah sənə rəhmət etsin ey böyük Sabir! Həm sənin həm də indi haqqında danışacağım Müəllimin qarşısında baş əyirəm!

O müəllim dərs zamanı yazı lövhəsi qarşısına keçib tabaşirlər yazı taxtasına böyük bir (1) rəqəmini yazır və üzünü şagirdlərinə çevirib “Baxın!” deyir. “Bu, şəxsiyyətdir.  Həyatda sahib ola biləcəyiniz ən dəyərli şey…” Sonra (1) in yanına bir (0) qoyur: “Bu müvəffəqiyyətdir. Müvəffəqiyyətli bir şəxsiyyət (1)i (10) edər. Müəllim bir (0) daha qoyur. Bu, təcrübədir deyir. (10) ilə (100) olursunuz. Sıfırlar beləliklə uzanıb gedir: istedad…intizam…sevgi… Müəllim əlavə edilən hər yeni (0)ın şəxsiyyəti 10 qat zənginləşdirdiyini bildirir…

Sonra…

Sonra şagirdlər üçün ən gözlənilməz addımı atır. Əlinə silgini alıb ən başdakı (1)i silir. Geriyə sadəcə bir neçə sıfır qlır. Və müəllim deyir:

“Şəxsiyyətiniz yoxsa, o biriləri heçdir”.

Mən o müəllimin bu gün də qarşısında təkrar baş əydim! Gerçəkdən də bilik, istedad , təcrübə, müvəffəqiyyət, zənginlik hamısı hətta birlikdədə əgər şəxsiyyət yoxdursa gerçəkdən də bir heçdir!

P.S Dünyada ən çətin iş isə şəxsiyyəti olmayan bir adama nəyisə izah etmək, anlatmaqdır. Çünki anlamayacaq.. Çünki bir heçdir..

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir