Modern.az

Təfəkkür Universiteti Sevinc Babayevanın oğlunun qovulma səbəbini açıqladı

Təfəkkür Universiteti Sevinc Babayevanın oğlunun qovulma səbəbini açıqladı

12 Yanvar 2013, 09:41

Adı məlum rüşvət videoqalmaqalından keçən mərhum Sevinc Babayevanın oğlu Ayxan Məmmədov Təfəkkür Universitetinin İqtisadiyyat və nəqliyyat kafedrasının nəqliyyat ixtisası üzrə təhsil alsa da, bunu başa vura bilməyib. Ayxan Məmmədov 2012-ci ilin iyun ayında universitetdən xaric edilib. Universitetin İqtisadiyyat və nəqliyyat kafedrasından Modern.az-a verilən məlumata görə, A.Məmmədov təhsil haqqını ödəmədiyi üçün universitetdən kənarlaşdırılıb. Kafedradan bildirilib ki, həmin tələbə universitetdən xaric olunan zaman anası ilə bağlı hər hansı bir məsələ ortada yox idi.

“O, universitetdən xaric ediləndə 3 kursda oxuyurdu. Təhsil haqqını ödəmədiyi üçün imtahanlara buraxılmayıb. Dərslərə gəlməyən və səhlənkar tələbə idi”.

Qeyd edək ki, fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə sabiq deputat Gülər Əhmədova arasında vasitəçi kimi iştirak edən Sevinc Babayeva iki həftə öncə Türkiyədə vəfat edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı