Modern.az

Ermənilər Xocalıda qiymətli meşələri qırıblar

Ermənilər Xocalıda qiymətli meşələri qırıblar

Ölkə

25 Fevral 2010, 12:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xocalı rayonunun işğalına dair məlumat açıqlayıb. Məlumatda bilrilir ki, sahəsi 93688 hektar olan Xocalı rayonu 1992-ci il 26 fevral tarixində erməni işğalçıları tərəfindən zəbt olunub.Xocalı rayonu ərazisində ehtiyatı 32 min m 3 olan Ağçay və 2039 min m3 olan, istismara cəlb olunan Zərinbağ üzlük daşı yataqları var.
Ehtiyatı 12434 min ton olan, istismara cəlb olunan qırmadaş və əhəng istehsalına yararlı Şuşa əhəngdaşı yatağı; ehtiyatı 962 min m3 olan və kərpic istehsalına yararlı Xocalı gil yatağı; ehtiyatı 7280 min m3 olan Xankəndi (Əskəran qrupu) qum-çınqıl qarışığı yatağı; istismar ehtiyatı 9 min m3/gün olan Xankəndi yeraltı şirin su yatağı mövcuddur.
Xocalı rayonunun Bədərə çayı hövzəsində “Yeddi kilsə” adlanan ərazidə, Xankəndi meşə təsərrüfatının tabeliyində olan Pirkal meşəçiliyində fıstıq-palıd meşələri xüsusi olaraq qorunurdu.
Xocalı rayonunun yeraltı su ehtiyatlarını öyrənmək məqsədilə 1982-1983-cü illərdə rayonun ərazisində hidrogeoloji tədqiqatlar aparılıb və 4 sahə üzrə yeraltı suların ehtiyatı ilkin olaraq 143,4 min m3/gün həcmində qiymətləndirilib. 1990-cı ildə Xankəndi şəhərinin su təchizatı ilə əlaqədar olaraq keçmiş SSRİ-nin Geologiya Komitəsində 48,3 min m3/gün həcmində-Qarqarçayın məcrəaltı (39,3 min m3/gün) və Yura çöküntülərinin (9 min m3/gün) yeraltı su ehtiyatları təsdiq olunub.
Ermənilər tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismara cəlb eilmiş, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılmış və məhv edilib.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır