Modern.az

Seymur Baycan: “Qan Turalının yazılarının səviyyəsi aşağı düşüb, sözünün kəsəri azalıb”

Seymur Baycan: “Qan Turalının yazılarının səviyyəsi aşağı düşüb, sözünün kəsəri azalıb”

14 Yanvar 2013, 15:55

Günel Mövludun Azad Yazarlar Ocağına (AYO) sədr seçilməsi ilə Ocağın iki üzvü istefa verdi: Qan Turalı və Sevinc El Sevər. Qan Turalının AYO-dan gedişi artıq gözlənilən idi. Təmsil etdiyi quruma dair “Zəfər nərələri içində inkar nidaları” məqaləsinin ardınca Facebook səhifəsində buna eyham vurmuşdu. Günel Mövludun İdarə Heyətinin qərarıyla AYO sədri seçilməsi bir növ, səbrin son damlası oldu.

Modern.az-ın AYO-nun partizan üsulları ilə sədr seçkisi, tənqidlərə dözümsüzlük və s. bağlı AYO-nun yeni sədrini sorğulamaq cəhdi mümkün olmadı. Məlum oldu ki, G.Mövlud hazırda Gürcüstandadır. Buna görə də sualları qurumun İdarə Heyətinin üzvü yazar Seymur Baycana ünvanladıq.

“Hazırda AYO sıralarına kifayət qədər istedadlı gənclər daxil olur. O ki qaldı gedənlərə, ocağı iki nəfər tərk edib, Qan Turalı və Sevinc El Sevər. Sevinc ocağın üzvü olan vaxt bəzi tənqidlərə məruz qalıb. Amma onu da deyək ki, Sevinc Azərbaycan ədəbiyyatında çox böyük səs-küy qopartmış yazardı. Mən onun gedişini anlayışla qarşılayıram. Ola bilsin nisbətən sakit həyat tərzi keçirmək istəyir. Qan Turalı vaxtilə çox gözəl yazılar yazırdı, istedadlı və mütaliəli insan idi. Hazırda isə onun yazılarının səviyyəsi aşağı düşüb, sözünün kəsəri azalıb. Oxu sayı da kəskin azalıb. Əvvəllər onun yazıları çox oxunurdu, oxucular tərəfindən reaksiyalar gəlirdi. Amma son zamanlar mən bunları müşahidə etmirəm. AYO-nun fəaliyyətindəki durğunluğa  gəldikdə isə bununla razı deyiləm. Mən elə deməzdim. Sadəcə fəaliyyət istiqamətimiz bir az dəyişib”.

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir