Modern.az

Ülviyyə Könül ABŞ-a səfərinin sirrini açdı

Ülviyyə Könül ABŞ-a səfərinin sirrini açdı

14 Yanvar 2013, 18:11

Uzun müddətdir Amerikada olan rejissor Ülviyyə Könülün səfərinin onun səhhətində yaranan problemlə bağlı olduğu haqqında məlumat yayılıb. Modern.az-a məlumat verən rejissor Ülviyyə Könül bildirdi ki, onun səhhəti ilə bağlı yayılan xəbərlər şayiədir: “Qızım ABŞ-da təhsil aldığından onun yanına getmişdim. Allah eləməsin ki, səhhətimdə nə isə problem olsun. Belə bir şey yoxdur. Yayılan məlumatların hamısı şayiədir”.

  Qeyd edək ki, bəzi informasiya saytları rejissor Ülviyyə Könülün səhhətində problem yarandığını və ABŞ-a da müalicə üçün getdiyini haqqında informasiya yayıblar. Həmin xəbərdə onun ağır xəstələndiyi və uzun müddət həkim nəzarətində qaldığı da yazılıb.  

Gültəkin Ələsgər
 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir