Modern.az

Asiya yazarlarının ilk beşliyi – “Man Eyşa” ödülü sahibləri

Asiya yazarlarının ilk beşliyi – “Man Eyşa” ödülü sahibləri

Ədəbi̇yyat

15 Yanvar 2013, 11:55

Beynəlxalq investisiya şirkəti “Man Group”un sponsorluq etdiyi ədəbiyyat mükafatları ötən il də öz sahiblərinə qovuşdu. Qeyd edək ki, “Mən Eyşa” (“Asiya adamı”) ədəbiyyat  mükafatı 2007-ci ildən bu yana ingilis dilində yazılan və ya əsərləri ingiliscədən çevrilən asiyalı yazarlara verilir.

2012-ci ildə Asiyanın ən mötəbər ədəbiyyat mükafatını qazanan romanları sizə təqdim edirik. Yarışmadan birinci çıxacaq əsərin müəllifinə 30 min, tərcüməçisinə 5 min dollar pul mükafatı veriləcək.

Orxan Pamuk “Səssiz ev”

Roman 30 ilə yaxındır ki, Avropa kəşf mükafatı daxil olmaqla bir sıra ödüllərə layiq görülüb. 20-yə yaxın xarici dilə tərcümə olunub.

Müşərrəf Əli Fəraqi (Pakistan) “Qum və Gil arasında”

1968-ci ildə anadan olan Əli Fəraqi Pakistanın dünyaca tanınmış ən məşhur yazarıdır. Bir dul haqda hekayəsi ilə tanınan yazıçı 2010-cu ildə yazdığı “Qum və gil arasında” romanı ilə Asiyaya səs saldı. Ən çox satılan kitabların arasında yer alan əsər “Mən Eyşa”nın da mükafatçısı oldu.

Hiromi Kavakami “Portfel” (Yaponiya)

1994-cü ildə kiçik hekayələrdən ibarət “Tanrı“ adlı kitabı ilə özünü ədəbiyyatda ikinci dəfə kəşf edən Kavakami intellektuallıqla sentimentallığın çox gözəl sintezini yarada bilir. Bu romana görə ilk mükafatı 2001-ci ildə aldığı “Tanizaki” ödülüdür.

Tan Tvan Enq (Malayziya) – “Axşam dumanlarının bağı” 

2007-ci ildə yazdığı “Yağış hədiyyə” romanı ilə “Man Buker” mükafatını qazanır. Ədəbiyyatda yeni olmasına baxmayaraq qonşu Şərq ölkələrində də ən çox oxunanlardan biridir. 2012-ci ildə yazdığı “Axşam dumanlarının bağı” isə Asiyanın ən nüfuzlu mükafatını qazanıb.

Cet Tayel ( Hindistan ) “Narkopolis“

1959-cu ildə anadan olmuş yazar hind şeirinə yeniliklər gətirmiş biridir. Onun orijinal üslubu , hadisələrə yanaşma tərzi modern hind poeziyasında yetərincə qiymətləndirilir. Bir neçə il bundan qabaq Buker mükafatını alan yazar 2012-ci ildə “Narkopolis” kitabına görə “Mən Eyşa” mükafatına layiq görülür.

Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi