Modern.az

Azərbaycan-Ermənistan: müharibə təhlükəsi yaxınlaşır

Azərbaycan-Ermənistan: müharibə təhlükəsi yaxınlaşır

Ölkə

25 Fevral 2010, 14:29

Fevralın 25-də müdafiə naziri Səfər Əbiyev Fransanın Azərbaycandakı səfiri Qabriel Kelleri qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səfər Əbiyev qeyd edib ki, 15 il ərzində diplomatlar Qarabağ problemi ilə bağlı konkret nəticə ortaya qoya bilməyiblər.
Artıq Azərbaycan daha 15 il də gözləyə bilməz. Müdafiə Nazirinin fikirincə, indi söz hərbindir və bu təhlükə getdikcə yaxınlaşmaqdadır:
«İşğalçı Ermənistan torpaqlarımızı azad etməzsə, Cənubi Qafqazda böyük müharibənin başlayacağı qaçılmazdır».
Görüşdə fransalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesini də təqdim edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır